• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mançester Siti”: Qvardiola ilə 5-ci, ümumilikdə 9-cu çempionluq! - TURUN ŞƏRHİ

Dünya futbolu

24-05-2023, 20:0

Premyer-liqada 36-cı tur əsas suala – çempionun kimliyinə aydınlıq gətirdi. “Liverpul”un xal itirməsi üzündən Çempionlar Liqasına vəsiqə qazanacaq komandalar da, demək olar ki, bəllidi. Elitadan düşənlərə gəlincə, “Sauthempton”a kimlərin yoldaşlıq edəcəyi son turda bilinəcək.

Əlbəttə, istənilən komandanın çempionluğu öz oyununda qazanması daha gözəldi. Ancaq bəzən rəqiblər də sənə belə hədiyyə edir. “Nottingem Forest”ə uduzan “Arsenal” “Mançester Siti”nin üzünü güldürdü. “Topçular” çox mənasız oyun keçirdi. Onlar daim topa nəzarət etsələr də, nə etməli olduqlarını bilmirdilər. “Arsenal” topu sağa-sola fırlayır, Navasın qapısı önündə təhlükə yaratmaqda çətinlik çəkirdi. “Meşəçilər” isə artıq 19-cu dəqiqədə hesabı açdılar və qələbəni qorudular. Artetanın komandasının tam ruhdan düşdüyü və artıq növbəti mövsümü gözlədiyi açıq-aşkar görünür.

MS köhnə-yeni çempion statusunda “Çelsi”ni qəbul etdi. Təbii ki, Qvardiola heyətlə iddi dəyişikliklər etmiş, liderlərinə dincəlmək imkanı yaratmışdı. Hətta qeyri-optimal heyətlə də “şəhərlilər” erkən qol vura bildilər. Meydan sahibləri təzyiqi davam etdirir, “zadəganlar” isə statist rolunu oynayırdı. Düzdü, epizodların birində Qallaherin zərbəsi dirəkdən döndü. Fasilədən sonra meydanda bərabər, sürətin o qədər yüksək olmadığı oyun getdi. Mankunianar bir neçə dəqiqə ərzində iki dəfə qapıya yol tapsalar da, Mahrezlə Alvaresin qolları qayda pozuntusu üzündən sayılmadı. Final fitindən sonra meydanda əsl dəlilik yaşandı. Az qala bütün azarkeşlər tribunadan meydana axışaraq 9-cu çempionluğu futbolçularla birgə qeyd etməyə çalışdılar. Stüardlar futbolçuları operativ şəkildə paltardəyişmə otağına apardı, bütün fanatlar qazonu tərk edəndən sonra mükafatlandırma mərasimi keçirildi.

Səfərdə “Bornmut”u məğlub edən MY “top-4”də qalmaq baxımından çox önəmli 3 xal qazandı. Oyuna möhtəşəm başlayan “qırmızı şeytanlar” hücumları sıraladı və bunun da məntiqi nəticəsi kimi 9-cu dəqiqədə Kazemiro akrobatik zərbə ilə hesabı açdı. Hissənin ortalarında “albalılar” təşəbbüsü ələ keçirdi, mankunianlardan daha çox təhlükəli vəziyyət yaratmağa başladı. Ancaq hesabı bərabərləşdirmək mümkün olmadı. 2-ci hissənin axarına isə “Yunayted” tam nəzarət etdi. Hətta fərqi artırmaq da olardı. Hər halda, MY növbəti mövsüm üçün ÇL-də yerini təmin etməyə çox yaxındı. Bunun üçün qalan iki oyunda, sadəcə, 1 xal toplamaq lazımdı.

Keyta, Oksleyd-Çemberlen, Milner və Firmino yayda “Liverpul”u tərk edir. Hesabat turunda “Enfild”də onlarla vidalaşma mərasimi keçirildi. Məhz Firmino komandanı cari mövsümdəki son ev oyununda məğlubiyyətdən qurtardı. “Qırmızılar” qələbəyə layiq oyun göstərmədi. Onlar yalnız sona yaxın fəallaşdılar ki, bu da bərabərlik qolunu vurmağa bəs etdi. Əslində 1 xal Emerini də o qədər sevindirmədi. “Aston Villa” avrokuboklara qatılmaq vəzifəsinin öhdəsindən “Brayton”la ev oyununda gəlməlidi.
Evdə “Brentford”da uduzan “Tottenhem”in avrokuboklardan kənarda qalması isə tam realdı. “Mahmızlar” ilk yarıda rəqibi tam üstələdi, öz qapısı önündə təhlükəli vəziyyət yaranmasına imkan vermədi. “Tottenhem” fasiləyə qədər bir neçə qol vura bilərdi, ancaq yalnız Keynin məhsuldar zərbəsi ilə kifayətləndi. Fasilədə “mahmızlar”a nə olduğu bilinmir, bəlkə də onlar rəqibin artıq müqavimət göstərə bilməyəcəyini düşündülər. “Arılar” 2-ci hissədə qeyri-adi dərəcədə canlandı, “Tottenhem”i “sancmağa” başladı. Mbeumo 50-ci dəqiqədə hesabı bərabərləşdirdi, 12 dəqiqə sonra isə qonaqları irəli çıxardı. Meydan sahiblərinin vəziyyəti düzəltmək cəhdləri boşa çıxdı. Mbeumo 88-ci dəqiqədə Vissaya məhsuldar ötürmə verməklə rəqibin 1 xal ümidini də “dəfn etdi”. 1948-ci ildən bəri ilk dəfə “Tottenhem”i məğlub edən “Brentford” turnir cədvəlində ona lap yaxınlaşdı.

Turun qalan oyunlarına gəlincə, “Fulhem” – “Kristal Pelas”, “Vulverhempton” – “Everton” oyunları heç-heçə bitdi, “Brayton” “Sauthempton” üzərindəki qələbə ilə avrokuboklara qatılmaq vəzifəsinin öhdəsindən gəldi, “Vest Hem”ə uduzan “Lids” elitadan getmək təhlükəsi ilə üz-üzədi.

Faktlar
* Tarixində 9-cu dəfə çempion olan MS titul sayında “Everton”a çatdı. “Siti” indi yalnız üç klubdan – “Arsenal” (13), “Liverpul” (19) və MY-dən (20) geri qalır.

* MS ardıcıl 3-cü dəfə (2020/21, 2021/22, 2022/23) çempion oldu. İndiyə qədər premyer-liqanı ardıcıl 3 dəfə qazanan yeganə komanda MY idi, özü də iki dəfə (1998/99, 1999/2000, 2000/01 və 2006/07, 2007/08, 2008/09). İngiltərə çempionatının elitasında “Liverpul” (1981/82, 1982/83, 1983/84), “Arsenal” (1931/32, 1932/33, 1933/34) və “Haddersfild” (1923/24, 1924/25, 1925/26) də bunu bacarıb. Ardıcıl 4 dəfə çempion olan komanda yoxdu.

* Qvardiola məşqçi karyerasında 33-cü titulu qazandı. “Barselona” ilə 14 titul qazanan Pep ardından “Bavariya” ilə də 7 titula sevinib. İngiltərə klubunda isə 7 il ərzində 12-ci titulu götürdü. MS ilə 5-ci dəfə çempion oldu, həmçinin 4 dəfə Liqa kubokunu, 2 dəfə İngiltərə Superkubokunu, 1 dəfə kubokunu qazanıb. Ümumiyyətlə, Qvardiola “böyük beşlik” ölkələrində çalışdığı 14 mövsümün 11-də çempion olub.

* MS son 6 mövsümdə 5-ci dəfə (2017/18, 2018/19, 2020/21, 2021/22, 2022/23) premyer-liqanı qazandı. Qvardiola İngiltərə çalışdığı 7 mövsümün yalnız ikisində çempion ola bilməyib. Onun debüt mövsümündə (2016/17) “Çelsi”, 2019/20-də isə “Liverpul” sevinib.

* 2016-dan “sükan arxasında” olan Qvardiola İngiltərədə qələbə sayına görə Mett Basbi ilə Tom Uotsona çatdı. Onu yalnız Bob Peysli və Corc Remzi (hərəyə 6 çempionluq), həmçinin Aleks Ferqyuson (13) qabaqlayır.

* Mançester klubları çempionluq sayında Liverpul klublarını arxada qoydu. Mançester təmsilçiləri – “Siti” və “Yunayted” birlikdə 29 çempionluq qazanıb. Liverpul təmsilçilərinin – “Liverpul”la “Everton”un isə 28 titulu var. Yuxarıda vurğuladığımız kimi, “qırmızılar” 19, “göylər” 9 dəfə çempion olub.

* Ederson premyer-liqa tarixinə 5 dəfə çempion olan (bu, qapıçılar üçün ən yaxşı nəticədi) 2-ci qapıçı kimi düşdü. O, Peter Şmeyhelin rekordunu təkrarladı.

* MS cari mövsümdə bütün turnirlər çərçivəsində evdə vurduğu qolların sayını 100-ə çatdırdı. Bu isə “böyük beşlik” ölkələrindən olan istənilən başqa komanda ilə müqayisədə 34 qol çoxdu. “Bavariya” evdə 66, MY 65 qol vurub, Dortmund “Borussiya”sının 58, “Real”ın 57 qolu var.

* MS premyer-liqada ardıcıl 12-ci qələbəsini qazandı. Sonuncu dəfə fevralın 5-də “Tottenhem”ə uduzan (0:1) “şəhərlilər” həmin vaxtdan bəri çempionatda 12-si ardıcıl olmaqla 14 qələbə qazanıb və “Nottingem Forest”lə heç-heçə edib (1:1). Qalib gəldikləri oyunların ümumi hesabı belədi - 39:9.

* Sonuncu dəfə 2003/04 mövsümündə İngiltərə çempionu olan “Arsenal” onda Vengerin rəhbərliyi altında bir oyunda da uduzmamışdı. Komanda sonrakı illərdə üç dəfə - 2005, 2016, 2023-cü illərdə 2-ci yeri turub.

* Cari mövsümdə 17-ci “quru” oyununu keçirən De Xeanın “Qızıl əlcəy”i alacağı dəqiqləşdi. Bu mükafata iddialı Alisson (Liverpul), Poup (Nyukasl) və Remsdeyl (Arsenal) artıq MY-nin qapıçısına çata bilməyəcək. De Xea 2017/18 mövsümündə də (onda 18 “quru” oyunu var idi) “Qızıl əlcək” mükafatını qazanmışdı.

* “Tottenhem” son 7 oyunda yalnız bir qələbə qazanıb. Aprelin 15-dən bəri yalnız “Kristal Pelas”ı məğlub edən (1:0) londonlular bu müddət ərzində 5 dəfə uduzub, 1 dəfə heç-heçə edib.

* “Nottingem Forest” növbəti mövsüm üçün elitada yerini qorudu. “Meşəçilər” son 24 ildə (1998/99 mövsümündən bəri) ilk dəfə elitada mübarizə aparırdı. Premyer-liqaya bu mövsüm vəsiqə qazanan “Fulhem”lə “Bornmut” da çempionşipə yuvarlanmaq təhlükəsindən uzaqdı. Beləcə 3 klubun hər biri düşmək təhlükəsindən qurtuldu. Əvvəllər yalnız üç dəfə - 2001/02, 2011/12 və 2017/18 mövsümündə buna təsadüf olunub.

Turun rəqəmi
248 – çempionluğu əldən verən “Arsenal” İngiltərə liqası üçün özünəməxsus antirekord müəyyənləşdirdi. Artetanın komandası 248 gün ərzində lider idi. İngiltərə elitası tarixində heç vaxt bu qədər uzun müddət lider kürsüsündə oturan komanda titulu əldən verməmişdi.

Turun ulduzu
Kazemiro (Mançester Yunayted) – braziliyalı möhtəşəm qolla komandasına 3 xal qazandırdı. Ümumiyyətlə, bu oyunda dünyanın ən yaşı dayaq yarımmüdafiəçilərindən biri olduğunu növbəti dəfə göstərdi. Rəqib hücumlarını dağıtmaqla yanaşı, oyundaşlarının irəli atılmasına da çox yardım edirdi.

Turun sitatı
Alan Şirer, “Nyukasl”ın sabiq hücumçusu: “Mançester Siti” ölməzliyin ikiaddımlığındadı. İrəlidə yalnız “Mançester Yunayted” və “İnter”lə oyunlar (ölkə kubokunun və ÇL-in finalını nəzərdə tutur – red.) var. “Siti” trebl etsə, möhtəşəm olacaq. Bax, əsl imkan buna deyərlər”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-05-2023, 14:0

'Siti'' oynamadan çempion, ''Arsenal'' isə antirekordçu oldu

Dünya futbolu

18-03-2022, 19:0

Qvardiola üçün premyer-liqada münasib olmayan rəqiblər var

Dünya futbolu

10-10-2022, 13:0

"Arsenal" hazırda "Mançester Siti"dən daha yaxşıdı" - Qvardiola

Dünya futbolu

17-05-2022, 23:0

Klopp: ''Mançester Siti'' çempion olacaq''

Dünya futbolu

4-02-2023, 23:0

“Mançester Siti”də növbəti itki

Dünya futbolu

2-04-2023, 15:0

Qvardiola Vengeri qabaqladı

Aktual
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
Son xəbərlər
  • Dünən, 23:51
    Dünya çempionatını buraxacaq
  • Dünən, 23:38
    Klubuna 40 yaşında da gərək oldu
  • Dünən, 23:02
    Yeni kapitan oldu
  • Dünən, 22:20
    Vlahoviç hara gedir?
  • Dünən, 21:59
    Levandovskini “Barsa”da kim əvəz edəcək?
  • Dünən, 21:30
    “Məktəbli Kuboku”nun final oyunları keçiriləcək
  • Dünən, 20:52
    "Hədəfimiz ötən mövsümdən yaxşı olmaq idi" - Ayxan Abbasov
  • Dünən, 20:21
    "Qəbələ" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
  • Dünən, 19:58
    Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
  • Dünən, 19:26
    Daha bir güləşçimiz "qızıl" qazandı - AÇ
  • Dünən, 18:51
    Milli komandada yeni təyinat
  • Dünən, 18:20
    "Neftçi" ölkə kubokunun qalibi oldu
  • Dünən, 17:59
    Seyxan Fərəcov mükafatlandırıldı
  • Dünən, 17:28
    "Qəbələ" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 16:59
    “Transfer pəncərələri”nin vaxtı məlum oldu
  • Dünən, 16:28
    Premyer-liqada yeni mövsüm nə vaxt başlayacaq?
  • Dünən, 15:57
    Moldovada 11 medallıq zəfər
  • Dünən, 15:26
    “Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
  • Dünən, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Dünən, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Dünən, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Dünən, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Dünən, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Dünən, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Dünən, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Dünən, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Dünən, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Dünən, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Dünən, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Dünən, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Dünən, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Dünən, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • 20-05-2026, 23:0
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • 20-05-2026, 23:0
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • 20-05-2026, 22:0
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 228
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 191
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Oxunub: 183
Emin Mahmudov “Neftçi”dən gedir?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə