Alkaras daha bir turniri buraxacaq

16.07.2026 11:23 6
İdman
Dünyanın iki nömrəli tennisçisi Karlos Alkaras Monrealda keçiriləcək “Masters” seriyalı turnirdə iştirak etməyəcək. 23 yaşlı ispaniyalı tennisçi zədə üzündən “Rolan Qarros” və “Uimbldon” turnirlərini də buraxıb.

"Football-plus.az" xəbər verir ki, Monreal turniri avqustun 2-13-ü aralığında keçiriləcək. Onun son qalibi amerikalı Ben Şeltondu.

Alkaras ATP turnirlərində fərdi yarışlarda 26 titul qazanıb. Bundan başqa, 7 dəfə də “Böyük dəbilqə” turnirlərində qalib gəlib – “US Open”, “Uimbldon” və “Rolan Qarros” turnirlərinin hər birində iki, “Australian Open”də bir dəfə.