"Kəpəz"dən növbəti transfer

16.07.2026 18:35 10
Ölkə futbolu
"Kəpəz" daha bir futbolçu keçidini gerçəkləşdirib.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

“Sarı-göylər” Vadim Abdullayevi heyətinə qatıb. 31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Ötən mövsümü “Karvan-Yevlax” keçirən futbolçu 31 oyunda meydana çıxıb və 1 qol vurub.

Klub daha əvvəl Rojerio Santosu heyətinə cəlb edib.