Millimiz İngiltərəyə qalib gəldi

16.07.2026 11:54 7
Ölkə futbolu
Çimərlik futbolu üzrə millimiz Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ilk oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, B Liqasının B qrupunda yer alan millimiz İngiltərə yığması ilə qarşılaşıb.

Batumi çimərlik meydançasında baş tutan görüş komandamızın 8:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sabir Allahquliyev 4, Sahib Məmmədov və Mirmövsüm Cəniyev isə hərəyə 2 qol vurublar.

Yığmamız qrupda ikinci oyununu bu gün Slovakiyaya, üçüncü matçını isə sabah Latviyaya qarşı keçirəcək.