Bəs azarkeşlər nə düşünür? “Neftçi”nin yoldaşlıq oyunlarındakı nəticələrinə münasibətləri necədi? Komanda güclənibmi? İyulun 18-də klubla fanatlar arasında keçiriləcək görüş hansı məqsədi daşıyır?
“Forza Neftçi”nin üzvü Tural Alışovun “Football-plus.az”a cavabı:
“Yoxlama oyunları ilə bağlı Vernidub özü müsahibə verib. Biz kənardan azarkeş kimi fikir bildirə bilərik. “Neftçi”nin oyununda inkişaf hiss olunurdu. Baş məşqçinin bildirdiyi kimi komanda optimal vəziyyətindən uzaqdı. Hələ də güclənməyə ehtiyac var. İlkin təəssürat yaxşıdı. Lakin bu kifayət etməz. Çempionluq uğrunda mübarizə çətin görünür.
Görüş yalnız “Forza Neftçi” ilə bağlı olmayacaq. Klubun bütün azarkeşləri dəvət olunub. Mövsümöncəsi komandaya motivasiya vermək məqsədi daşıyır”.
Görüş yalnız “Forza Neftçi” ilə bağlı olmayacaq. Klubun bütün azarkeşləri dəvət olunub. Mövsümöncəsi komandaya motivasiya vermək məqsədi daşıyır”.
İSRAYIL XEYRULLAYEV





