Bəs cavab görüşündə vəziyyət necə olacaq? Gürcü azarkeşlərin davranışı baxımından narahatlıq üçün əsas varmı? “Zirə”nin futbolçularına mümkün münaqişədən qaçmaqla bağlı hansısa təlimat verilibmi? “Qartallar” növbəti mərhələyə adlayarsa, matçlarını Mehdi Hüseynzadə adına stadionnda keçirməsi mümkündü?
Bu suallara cavab tapmaq üçün klubun mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq:
“Gürcü azarkeşlər və futbolçular ilə bağlı məsələ klubdaxili mövzudu. Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək. “Mehdi Hüseynzadə” variantına gəlincə, növbəti mərhələyə vəsiqə qazanandan sonra matçları harada keçirəcəyimiz ilə bağlı nəsə deyə biləcəyik”.
İSRAYIL XEYRULLAYEV






