• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Terziç “Borussiya”da yeni rekordçu oldu – ŞƏRH

Dünya futbolu

12-04-2023, 21:0

Hesabat turunda turnir cədvəli baxımından böyük əhəmiyyət kəsb edən bir neçə qarşılaşma baş tutdu.

"Football-plus.az" xəbər verir ki, “Bavariya” tura 4-cü pillədə daxil olan “Frayburq”un qonağı oldusa, “Borussiya” 3-cü pillədəki “Union”u qəbul etdi. Amma sürpriz gözləyənlərin ümidləri doğrulmadı. Frayburqdakı qarşılaşma elə proqnozlaşdırıldığı kimi keçdi. Münhen nəhəngi çətinliklə də olsa, hesabına 3 xal yaza bildi. “Frayburq”un “Bavariya” sindromu davam edir. Bu komandanın münhenlilərə qarşı son 40 oyunda cəmi 1 (!) qələbə qazanmasına başqa ad vermək mümkün deyil (8 heç-heçə, 31 məğlubiyyət). Yeganə qələbə 2015-in mayında əldə olunub ki, həmin vaxt “Bavariya” artıq çempionluğu rəsmiləşdirmişdi. Tomas Tuxel münhenlilərin başında 2-ci bundesliqa oyunundan da qələbə ilə ayırlmağı bacardı. “Borussiya” isə berlinlilərlə matçda xal itirməyə yaxın olsa da, Mukokonun qolu həlledici oldu. “Arılar” 2 xallıq fərqi qoruyaraq “Bavariya”nın təqibini davam etdirdilər. Onu da bildirək ki, “Borussiya” bundesliqa çərçivəsində ardıcıl 47-ci ev oyununda qol vurmaqla şəxsi rekordunu bir qədər də yaxşılaşdırdı.

“Leyptsiq”in böhrandan çıxdığını artıq əminliklə söyləmək olar. Ötən həftəiçi “Borussiya”nı yenərək kubokun yarımfinalına yüksələn “öküzlər” bu dəfə ən sevimli rəqibini – “Herta”nı minimal hesabla üstələdilər. Paytaxt təmsilçisinə qarşı bundesliqada 14-cü oyunda 12-ci qələbəsini qazanan “Leyptsiq” səfərdəki 7 oyunun hamısından qələbə ilə ayrılıb! Marko Rozenin kollektivi bu zəfər sayəsində 4-cü pilləyə yüksəldi. Turun daha bir maraqlı oyununda ÇL-ə vəsiqə uğrunda mübarizə aparan iki komanda – “Bayer-04” ilə “Ayntraxt” üz-üzə gəldi. Yüksəlişini davam etdirən Leverkuzen təmsilçisi rəsmi matçlarda ardıcıl 7-ci qələbəsini qazandı! Enişdə olan frankfurtluların isə qələbəsiz seriyası 6 oyuna çatdı. Onlar səfərdə son qələbəsini DÇ-2022-dən əvvəl qazanıb. “Aspirinlər”i artıq ÇL zonasından cəmi 4 xal ayırır. Maraq üçün bildirək ki, Xabi Alonso oktyabrın əvvəllərində komandanı 17-ci pillədə qəbul etmişdi! “Şalke-04”ün, deyəsən, barıtı yenə tükəndi. Sonuncu pillə sanki bu komandanı maqnit kimi özünə çəkir. 8 oyunluq məğlubiyyətsiz seriya yaxalayıb alt pillələrdən qurtulan Helzenkirhen təmsilçisi indi yenidən məğlubiyyətləri sıraladığı üçün sonuncu pilləyə qayıtdı. “Mayns-05” ilə “Verder”in duelində 85-ci dəqiqədən sonra 4 top vuruldu! Bundesliqada sonuncu dəfə belə hadisə 1980-ci ilin yanvarında “Verder”in evdə “Münhen-1860”a 4:6 hesabıyla uduzduğu oyunda baş vermişdi.

Turun rəqəmi
50 – Edin Terziç “Borussiya”nı börandan çıxara bildi. “Unon”la qarşılaşma bu mütəxəssisin “arılar”ın başında keçirdiyi yubiley – 50-ci bundesliqa oyunu oldu. Komanda bu 50 oyundan 32 qələbə, 5 heç-heçə, 13 məğlubiyyətlə ayrılıb. Bu, klub tarixinin rekord göstəricisidi. İndiyə qədər “Borussiya”da heç bir məşqçi ilk 50 çempionat oyununda 32 qələbəyə sevinməmişdi. Əvvəlki rekord ilk 50 oyunda 31 qələbə qazanan Tomas Tuxelə məxsus idi.

Turun ulduzu
Yussufa Mukoko (Borussiya D) – bu gənc istedadın sayəsində bundesliqada intriqa davam edir. “Union”un müdafiəsini yarmaqda çətinlik çəkən “arılar” sonradan meydana çıxan Mukokonun sayəsində qələbə qolunu vurdular. Yeri gəlmişkən, Mukoko 18 yaş 139 günlüyündə bundesliqada 50 oyun həddinə ən gənc yaşda çatan oyunçu oldu. Əvvəlki rekord “Bayer-04”lü Florian Virtsə (18 yaş 226 gün) məxsus idi. Yussufa həm də turnirin tarixinda qol vuran ən gənc oyunçu rekordunu əlində saxlayır. O, 2020-nin dekabrında həmin tarixi qolu məhz elə “Union”un qapısına vurmuşdu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-04-2023, 14:0

“Borussiya” “Alyans Arena”da yenə eyni aqibətlə üzləşdi – 26-cı turun şərhi

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Dünya futbolu

3-09-2022, 20:0

"Qarabağ"ın rəqibi Bundesliqada lider oldu

Dünya futbolu

2-10-2022, 10:0

"Qarabağ"ın rəqibi "Bavariya"nı qabaqlayaraq 2-ci pilləyə yüksəldi

Aktual
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Son xəbərlər
  • Bu gün, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Bu gün, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Bu gün, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Bu gün, 20:33
    MY-də yeni qapıçı
  • Bu gün, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə