Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!

16.07.2026 23:30 5
İdman
Mərkəz oyunçusu Viktor Vembanyamanın “San-Antonio” ilə bağladığı yeni müqavilənin təfərrüatı məlum olub.

"Football-plus.az" xəbər verir ki, ESPN-in əməkdaşı Şəms Çaraniyanın X sosial şəbəkəsində yaydığı xəbərə görə, 22 yaşlı fransalı ulduzun imzaladığı 5 illik müqavilənin dəyəri 252 milyon dollardı.

Yeni müqavilə 2027/28 mövsümündən qüvvəyə minəcək.

Xatırladaq ki, fransalı basketbolçu 2023-cü ildən “Spers”in formasını geyir. O, MBA-nın 2023 draftında bir nömrə altında seçilib. Həmin vaxtdan bəri müntəzəm çempionatda 181 oyun keçirib, hər oyunda orta hesabla 23,4 xal toplayıb, 11 ribaund edib, 3,5 məhsuldar ötürmə verib.