• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Baş həkim: “Orqanları funksiyalarını icra edə bilməyəcək halda idi”

Ölkə futbolu / Manşet

12-05-2023, 23:0

Mayın 8-də bir müddət əvvəl məşq zamanı ürəyi dayanan və dərhal xəstəxanaya yerləşdirilən U-21 millimizin və "Qarabağ-2"nin futbolçusu Şirxan Həsənzadə dünyasını dəyişdi.

21 yaşında vəfat edən müdafiəçi mayın 9-da doğulub boya-başa çatdığı Astara rayonunun Şahağac kəndində torpağa tapşırıldı. “Qarabağ” rəhbərliyindən tutmuş, sıravi əməkdaşlara qədər hər kəs dəfn mərasimində iştirak etdi. "Qarabağ-2"nin məşqçiləri və Şirxanın komanda yoldaşları da orda idi. “Qarabağ”ın prezidenti Tahir Gözəl klub saytına açıqlamasında mərhumun yaxınlarına və futbol ictimaiyyətinə başsağlığı verdi. Əldə etdiyimiz məlumata görə, qarşıdakı günlərdə Qurban Qurbanovla əsas komandanın üzvləri də Astaraya səfər edəcək.

Qeyd edək ki, Azərbaycan futbol tarixində sonuncu dəfə eyni səbəbdən bədbəxt hadisə 2016-cı ildə yaşanmışdı. Gəncə futbol məktəbinin yetirməsi, yarımmüdafiəçi Şəhriyar Xəlilov 25 yaşda ürəktutmasından vəfat etmişdi. O, karyerası boyunca “Qarabağ”, “Qəbələ”, “Xəzər Lənkəran”, “Bakı”, “Sumqayıt” kimi premyer-liqa klublarında çıxış etsə də, son vaxtlar klubsuz idi.

Şirxan isə daha gənc idi. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, dünyasını dəyişdi. Ən müasir tibbi müdaxilələr belə həyatını xilas edə bilmədi. Görəsən, futbolçuya hansı diaqnoz qoyulmuşdu? ECMO aparatının effekt verməməsinin səbəbi nə olub? Müalicə dönəmində Şirxana hansı tibbi müdaxilələr edilib? Suallarımızı müdafiəçinin müalicə olunduğu “Liv Bona Dea” xəstəxanasının baş həkimi, ürək-damar cərrahı Cabir Gülmalıyevə ünvanladıq:

“Şirxanın halı pisləşəndən sonra ən yaxın xəstəxanalardan birinə aparılmışdı. Aprelin 22-si günün ikinci yarısında bizim hospitala köçürüldü. Futbolçuya ilkin sağlamlıq müayinələri tərəfimizdən həyata keçirilmədiyindən ürək və ağciyər damarlarının anjioqrafiyası və exokardioqrafiyasını gerçəkləşdirdik. Mərhumun ürək funksiyaları zamanla ciddi şəkildə pozulmuşdu. Gecə saatlarında ürək-ağciyər sisteminə dəstək olmaq məqsədilə ECMO cihazının qoşulmasına qərar verdik. Təəssüf ki, Şirxanın vəziyyəti həddən artıq ağır idi. Ən müasir avadanlıqların dəstəyi ilə reanimasiyada təqiblərimiz davam edirdi. Bir müddət sonra xəstəni ECMO cihazından ayırmaq istəsək də, alınmadı. Onu yenidən cihaza qoşmaq məcburiyyətində qaldıq. Mərhum son ana qədər orqanların normal vəziyyətdə işləməsini təmin edən cihaza qoşulu qaldı. Həqiqətən sözügedən orqanlar funksiyalarını icra edə bilməyəcək halda idi. Müşahidə olunan hər bir çatışmazlığa vaxtında müdaxilə etsək də, cəhdlərimiz effekt vermədi. Şirxanı itirdik. Allah rəhmət eləsin”.


Şirxan Həsənzadənin mövsüm ərzində keçdiyi tibbi yoxlamaların nəticələri haqda məlumatı isə “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadədən aldıq:
“Bildiyiniz kimi, futbolçular müntəzəm “full check-up” müayinəsinən keçirilir. Bu zaman bütün orqanların sağlamlıq durumu aydın olur. Şirxan “Qarabağ”da həm mövsüm ərəfəsində, həm də qış fasiləsindən sonra bütün tibbi yoxlamalardan keçib. Bununla yanaşı, futbolçu bir neçə dəfə milliyə dəvət olunmuşdu. Bildiyiniz kimi, AFFA da düşərgəyə gələn oyunçuların sağlamlıq durumunu ciddi şəkildə yoxlayır. Onun durumunda həmin günə qədər (aprelin 22-si – red.) hansısa problem aşkarlanmamışdı”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual

9-05-2023, 16:0

Qurban Qurbanov Şahağaca gedəcək - AÇIQLAMA

Manşet

9-05-2023, 11:0

Şirxan Həsənzadə dəfn olunmaq üçün doğma kəndinə aparılıb – AÇIQLAMA

Premyer-liqa / Manşet

8-05-2023, 23:0

"Qarabağ"ın futbolçusu vəfat etdi

Manşet

22-04-2023, 22:0

"Qarabağ"ın ürəyi dayanan futbolçusunun durumu bəlli oldu - YENİLƏNİB

Ölkə futbolu

2-05-2023, 15:0

“Qarabağ” ürəyi dayanan futbolçusunun durumunu açıqladı

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • 5-08-2026, 19:0
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • 5-08-2026, 19:0
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 111
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə