Hadisə ilə bağlı detallı bilgi əldə etmək məqsədilə "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri belə oldu:
"Çox təəssüf ki, belə hadisə yaşandı. Bacarıqlı futbolçularımızdan olan Şirxan Həsənzadə müalicə aldığı xəstəxanada dünyasını dəyişdi. Həkimlərin cəhdlərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmadı.
"Qarabağ" olaraq hadisə baş verdiyi ilk andan futbolçunun və ailəsinin yanında idik. Hazırda mərhumun cəsədi xəstəxana tərəfindən təhvil verilib. Şirxan doğulub boya-başa çatdığı Astara rayon, Şahağac kəndində dəfn olunacaq. Biz hazırda həmin kəndə yola düşmüşük.
Fürsətdən istifadə edib "Qarabağ" olaraq Şirxanın ailəsinə, yaxınlarına və futbol ictimaiyyətinə başsağlığı verirəm".

KƏNAN BAHADIR