“Qarabağ-2”nin məşq zamanı ürəyi dayanan və dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunan Şirxan Həsənzadənin ECMO (Ekstrakorporal Membran Oksigenasiya) aparatından ayrıldığını xəbər vermişdik. Futbolçu hələ də tam oyadılmayıb.
“Football-plus.az” olaraq bu gün yenidən “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub rəsmisi Şirxanın son durumu haqda bunları söylədi: