Ağdam təmsilçisinin əvəzedici komandasının məşqində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb. 20 yaşlı futbolçu təcili tibbi yardımla dərhal xəstəxaya çatdırılıb.
Klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov və baş məşqçi Qurban Qurbanov dərhal xəstəxanaya gəliblər. Bundan sonra xəstə daha yaxşı palataya köçürülüb.
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə əməliyyat olunan müdafiəçinin son durumunu "Football-plus.az"a açıqladı:
"Həkimlərin müdaxiləsi uğurlu alındı. Hazırda vəziyyəti sabitdi"
Qeyd edək ki, Şirxan Həsənzadə 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvüdü.
