Qurban Qurbanov Şahağaca gedəcək - AÇIQLAMA

9.05.2023 16:07 694
Aktual
U-21 millimizin və "Qarabağ-2"nin dünən vəfat edən futbolçusu doğulub boya-başa çatdığı Astara rayonu, Şahağac kəndində dəfn olunub.

Bu barədə "Football-plus.az"a "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib:

"Başda Əmrah Çəlikəl olmaqla klub rəhbərliyindən tutmuş, sıravi əməkdaşlara qədər hər kəs dəfn mərasimində iştirak etdi. "Qarabağ-2"nin məşqçiləri və Şirxanın komanda yoldaşları da burdadı. Qarşıdakı günlərdə Qurban Qurbanovla əsas komandanın üzvləri də bura gələcək".


KƏNAN BAHADIR