“Gəncə” basketbol klubu yerli oyunçularla heyətini gücləndirməyə davam edir.
"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi ötən mövsümü “Neftçi”də keçirən Fikrət Ələkbərovu transfer edib.
22 yaşlı basketbolçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Ələkbərov ötən mövsüm “Neftçi”nin heyətində FIBA Avropa Kubokunda da çıxış edib. O, bundan əvvəl “Quba”da oynayıb və U-20 millimizin formasını geyib.
Fikrət Ələkbərov “Gəncə”nin yeni mövsüm üçün heyətinə cəlb etdiyi növbəti yerli basketbolçudur. Bundan əvvəl Əlibəy Məmmədli ilə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb.