Yığmamız İslandiyaya uduzdu

5.08.2026 23:45 16
İdman
18 yaşadək qızlardan ibarət basketbol millimiz Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, dördüncü turda İslandiya seçməsi ilə qarşılaşan komandamız məğlub olub - 74:77.

Milli daha əvvəl Rumıniyaya 55:81, Portuqaliyaya 52:90, Niderlanda isə 72:79 hesabı ilə uduzub.

Bu nəticədən sonra A qrupunda İslandiya 7 xalla liderdir. Rumıniya və Portuqaliya seçmələri 6 xalla ikinci-üçüncü pillələri bölüşür. Niderland və Azərbaycan yığmalarının aktivində isə 4 xal var.