"Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama

5.08.2026 20:57 10
Avrokuboklar
Çempionlar Liqasının “Orhus" (Daninarka) - "Sabah" (Azərbaycan) oyunu əvvəlcədən nəzərdə tutulan vaxtdan 40 dəqiqə sonra - saat 21.10-da başlayacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə "Sabah" klubunun yaydığı açıqlamasa bildirilib:

"Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Orhus” – “Sabah” oyunu komandaların nəqliyyatda yaranmış tıxac səbəbindən stadiona planlaşdırılandan gec çatması ilə əlaqədar əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 20.30-da deyil, saat 21.10-da başlayacaq".