AFFA nümayəndəsinə UEFA-dan təyinat

6.08.2026 13:30 8
Ölkə futbolu
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçiriləcək “İberia” (Gürcüstan) – “Larne” (Şimali İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Tbilisi şəhərində yerləşən “Mixail Mesxi” stadionunda keçiriləcək.