• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Sərxan Hacıyev: “Hakim səhvlərinin azalması istiqamətində müəyyən addımlar atırıq” - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

12-05-2023, 13:0

Mayın 8-də Klublar Komitəsinin iclası keçirildi. Tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev də iştirak etdi. Açıqlamalara inansaq, komitə üzvləri dövlətin ayırdığı 3 milyon manatın legionerlərə xərclənməməsi təklifinə qarşı çıxıb. Onlar AFFA rəhbərini bu fikrindən daşındırmaq istəyib. Ümumiyyətlə, toplantıda başverənlər haqda dəqiq məlumat almaq üçün qurumun baş katibi Sərxan Hacıyevlə əlaqə saxladıq.

"Football-plus.az" olaraq onunla məlum görüş və ölkə futbolunun gələcəyi barədə söhbətləşdik.
- Mayın 8-də Klublar Komitəsinin iclası keçirildi. Qurumun tarixində ilk dəfə federasiya prezidenti toplantıda iştirak etdi. İclasda nələr müzakirə olundu?
- Bəli, AFFA prezidenti ilə Klublar Komitəsinin üzvlərinin görüşü keçirildi. Əvvəlcədən onu qeyd edim ki, bu qurumun iclasında müzakirə olunan bütün məsələlər müntəzəm Rövnəq Abdullayevə çatdırılır. Həmin məlumat AFFA prezidentinin nəzərində olur. Son iclasda bir sıra məsələlər müzakirə olundu. Əsas məsələ dövlət tərəfindən ayrılan maliyyənin xərclənmə istiqaməti idi. Burda əsas müzakirə mövzusu legionerlərə xərclənən vəsaitlə bağlı idi. Amma onu qeyd edim ki, bununla bağlı konkret qərar yox idi. Yəni ümumi fikir mübadiləsi aparılmışdı. Belə bir ehtimal var idi. İclas zamanı da bununla bağlı müzakirəmiz oldu. Fikir mübadiləsi aparıldı. Həmçinin digər məsələlərlə bağlı klubların fikirləri dinlənildi. Düşünürəm ki, ümumi müzakirələrin sonunda səmərəli iclas oldu.

- Klublar Komitəsinin prezidenti Fariz Nəcəfovun açıqlamasından belə başa düşülür ki, klublar yekdilliklə dövlətin ayırdığı 3 milyon manatın legionerlərə xərclənilməməsi təklifinə qarşı çıxıb. Onların istəyi nəzə alınacaq?
- Əlbəttə, hər bir məsələylə bağlı Klublar Komitəsi ilə fikir mübadiləsi aparılıb. Müəyyən hallarda klubların fikirləri nəzərə alınır. Bəzən isə müəyyən fikirlər elə də məqsədəuyğun sayılmır. Sırf dövlət tərəfindən ayrılan vəsaitin legionerlərə xərclənməməsi ilə bağlı klubların mövqeyini öyrəndik. Onlar bununla bağlı bəyanat da vermişdi. Əlbəttə, klubların da bu yöndəki fikirləri dinlənildi və nəzərə alındı. Lakin bu məsələ ilə bağlı bundan öncə konkret qərar yox idi. Sadəcə, belə bir fikir səsləndirilmişdi və ehtimal var idi. Klublarla bu məsələ istiqamətində danışıqlar aparılırdı. Bunu rəhbərlik tapşırmışdı. Klublarla danışılandan sonra müəyyən bir istiqamət seçildi.

- Premyer-liqanın başa çatmasına 3 tur qalsa da, hələ də çempionun, avrokuboklara vəsiqə qazanan 4-cü komandanın və çempionatın sonuncusunun adı bəlli deyil. Rəqabətin bu həddə çatmasını AFFA və PFL-in uğuru adlandırmaq olar?
- Burda AFFA və PFL-in əsas uğuru kimi idman prinsiplərinin qorunmasının təmin olunmasını qeyd edə bilərəm. Bunun nəticəsində son turlar olmasına baxmayaraq, çempionat marağını və həyəcanını qoruyur. Klublar arasında rəqabət və həyəcan hiss olunur. Bu da həqiqətən hər bir istiqamətdə inkişafa gətirib çıxaracaq amildi.

- Mediada premyer-liqanın gələcəyi ilə bağlı fərqli fikirlər var. Çoxları düşünür ki, AFFA növbəti mövsüm üçün klubların sayını 12-yə çatdıracaq. Bunun reallaşması mümkündü?
- Bu gün bu məsələ gündəmdə deyil.

- Bir neçə gün öncə FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Azərbaycana səfər etmişdi. Bakı Olimpiya Stadionunda bizim referilərlə görüşdü. Bu haqda fikirləriniz maraqlıdı…
- Kollina kimi hakimin, həm də FİFA Hakimlər Komitəsinin sədrinin bizim referilərlə görüşü, əlbəttə, ancaq müsbət hal ola bilər. Belə təmasın olması yalnız müsbət mənada qiymətləndirilməlidi. AFFA olaraq çalışmalıyıq ki, gələcəkdə belə görüşlərin və təmasların sayı artırılsın. Bu səbəbdən də görüşü yüksək qiymətləndirirəm. Bunu da qeyd edim ki, AFFA və FİFA prezidentləri görüşərkən Rövnəq Abdullayev tərəfindən Kollinanın bizim hakimlərlə görüşünün təşkil olunması xahiş edilmişdi.

- Son turlarda müntəzəm hakim səhvləri qeydə alınır. Bu məsələ sizi nə dərəcədə narahat edir?
- Əlbəttə, hakim səhvləri bizi narahat etməyə bilməz. Belə halların baş verdiyini görərkən Hakimlər Komitəsi ilə müzakirələr aparırıq. Çalışırıq ki, bunun qarşısının alınması yönündə müəyyən addımlar ataq. Qeyd etdiyim kimi, bizi belə məsələlər narahat edir. Bunun azalması istiqamətində də müəyyən addımlar atırıq.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

8-05-2023, 13:0

AFFA prezidenti Klublar Komitəsinin iclasında iştirak etdi

Ölkə futbolu

13-04-2023, 10:0

Klublar Komitəsinin iclası keçirildi

Ölkə futbolu

11-11-2022, 12:0

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

Premyer-liqa

18-04-2022, 14:0

Klublar legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələləri müzakirə etdi

Ölkə futbolu

31-08-2022, 15:0

Klublar Komitəsinin sədri bu klubun prezidenti oldu

Premyer-liqa

1-09-2022, 22:0

Klublar Komitəsinin iclası ictimaiyyətdən niyə gizlədilib? - AÇIQLAMA

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • 5-08-2026, 19:0
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • 5-08-2026, 19:0
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 112
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə