"Qarabağ"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə Bakıda keçiriləcək cavab oyunu üçün biletlər bu gün satışa çıxacaq.
"Football-plus.az" Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, biletlər saat 12.00-dan satışda olacaq.
Standart biletlərin qiyməti 5, 10, 15 və 20 AZN olacaq. VIP sektorlar üçün biletlər 50, 75 və 100 AZN, VVIP sektor üçün isə 150 AZN təşkil edəcək.
Biletləri yalnız "iticket.az"ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkün olacaq. Onlayn alış zamanı çətinlik yaransa, azarkeşlər "iticket.az"ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” fanşopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkün olacaq.
Avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20.00-da başlayacaq. Komandaların ilk oyunu isə bu gün Polşanın Lyublin şəhərindəki "Lyublin Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 21.00-da start götürəcək.