Klublar Komitəsinin sədri bu klubun prezidenti oldu

31.08.2022 15:02 477
Ölkə futbolu
“Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov Klublar Komitəsinin sədri seçilib.

"Football-plus.az" xəbər verir ki, əsasnaməyə uyğun seçki qurumun növbəti iclasında gerçəkləşib. Nəcəfov səs çoxluğu ilə növbəti 1 il müddətinə bu posta gətirilib.

İclasa Azərbaycan premyer-liqasında mübarizə aparan klubların nümayəndələri ilə yanaşı, AFFA-nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyev də qatılıb.

Hacıyev klublara göstəriləcək maliyyə yardımı barədə məlumat verib. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin üzvləri ilə tanışlıq xarakterli müzakirələr aparılıb.