Klublar legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələləri müzakirə etdi

18.04.2022 14:56 704
Premyer-liqa
Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.

İclasda qurumun baş katibi Sərxan Hacıyev, federasiyanın texniki direktoru Cahangir Həsənzadə, Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin müdiri Elgiz Abbasov, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev və Azərbaycan premyer-liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edib.

Toplantıda növbəti mövsüm çempionatda legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələlər müzakirə olunub.