Klublar Komitəsinin iclası ictimaiyyətdən niyə gizlədilib? - AÇIQLAMA

1.09.2022 22:50 497
Premyer-liqa
Dünən Klublar Komitəsinin iclası keçirildi.

Səsvermə nəticəsində “Qəbələ”nin prezidenti Fariz Nəcəfov qurumun rəhbəri seçildi. Lakin diqqətimizi çəkən bir məqam var. İctimaiyyət bu haqda toplantı başa çatandan sonra xəbər tutdu. Halbuki əvvəlki iclaslar zamanı AFFA-nın rəsmi saytı bununla bağlı informasiyanı ictimaiyyətlə bölüşürdü. Bu dəfə isə belə olmadı. Səbəb nədi? İclas nə üçün gizli keçirildi?

Sualımızı AFFA-nın Məbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Tədbirlər keçiriləndə medianın iştirakı nəzərdə tutulursa, əvvəlcədən məlumat veririk. Lakin buna ehtiyac duyulmursa, hansısa informasiyanı ictimaiyyətlə bölüşmürük”.

İLKİN SULTANLI