AFFA prezidenti Klublar Komitəsinin iclasında iştirak etdi

8.05.2023 13:59 291
Ölkə futbolu
AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev və Misli premyer-liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

İclasda ölkə futbolu ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.