• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Benfika” və “Bavariya” mübarizəni dayandırdı - YENİLƏNİB

Dünya futbolu / Manşet

20-04-2023, 00:0

Avropanın ən mötəbər klub turnirində yavaş-yavaş daha bir maraqlı mövsümün həlledici məqamına qədəm qoyduq.

"Football-plus.az" xəbər verir ki, bu həftə daha 4 komanda “ağ bayraq qaldırıb” və yarımfinalçılar bəlli olub.

1/4 final, cavab oyunları
19 aprel

Bavariya – Mançester Siti 1:1
Coşua Kimmix, 82 (p.) - Erlin Holann, 57
Qolla nəticələnməyən penalti: Erlin Holann
Hakim: Kleman Turpen (Fransa)
Cəzalı: yoxdu
Avrokuboklardakı oyunlarının balansı: +3=0-4
İlk oyun – 0:3.

İlk görüşdə “Bavariya”nın daşını daş üstə qoymayaraq gücünü və bu mövsüm ÇL-in əsas favoriti olduğunu göstərən “Mançester Siti” yavaş-yavaş trebl haqda da düşünə bilər. Hər halda, komandanın ÇL-dən başqa premyer-liqanı və ölkə kubokunu qazanmaq şansı da davam edir. Son 10 rəsmi matçın hamısında qalib gələn “şəhərlilər” mövsümün ən həlledici məqamında ideal formadadı. Bəlkə də əks düşərgədə başqa kollektiv olsaydı, artıq bu cütün “kitabını bağlamaq” olardı. Amma dünyada 0:3-dən sonra “Siti”ni mübarizədən kənarlaşdırmağa qadir olan 2-3 klub varsa, biri məhz elə “Bavariya”dı. Münhen nəhəngi bunu bacarsa, “Barselona”, “Liverpul”, “Roma” və “Deportivo”dan sonra ÇL-də ilk oyunda ən azı 3 top fərqi ilə uduzaraq mərhələni adlayan cəmi 5-ci komanda olacaq! Son 2 mövsüm də daxil olmaqla “rekordmayster” ÇK/ÇL-in 1/4 finalında hamıdan çox – 12 dəfə mübarizəni dayandırıb.

Bu mövsüm evdə hələ ki ÇL-də qol buraxmayan “Bavariya” bu turnirdə öz meydanında keçirdiyi son 18 matçın 16-da qələbə qazanıb (1 heç-heçə, 1 məğlubiyyət). Münhenlilərin indiyə qədər ilk oyunda səfərdə uduzmasına 24 dəfə rast gəlinib və komanda bunlardan yalnız 10-da mərhələni adlayıb. 3 top fərqini isə komanda 2 halın heç birində aradan qaldıra bilməyib.

“Siti” Almaniya klublarına qarşı səfərdə keçirdiyi son 9 oyunun yalnız 1-də uduzub (5 qələbə, 3 heç-heçə). “Şəhərlilər” indiyə qədər 10 dəfə pley-offa ev qələbəsi ilə başlayıblar və bunların yalnız 3-də mərhələni adlaya bilməyiblər. Bu 3 haldan biri ötən mövsümün yarımfinalında “Real”la dueldə yaşanıb (evdə 4:3, səfərdə 1:3).

İnter – Benfika 3:3
Nikolo Barella, 14, Lautaro Martinez, 66, Yoakin Korrea, 78 - Fredrik Aursnes, 38, Antonio Silva, 86, Petar Musa, 90+5
Hakim: Karlos del Serro Qrande (İspaniya)
Cəzalı: yoxdu
Avrokuboklardakı oyunlarının balansı: +3=1-0
İlk oyun – 2:0.

“Benfika”nın sanki birdən-birə barıtı tükəndi. Lissabon nəhəngi daxili çempionatda “Portu”ya və ilk oyunda evdə “İnter”ə uduzandan sonra ötən həftəsonu yenə daxili birincilikdə məğlub oldu! Halbuki bu uğursuz seriyaya qədər komanda tarixi sayıla biləcək bir mövsüm keçirirdi və bütün turnirlərdə cəmi 1 (!) dəfə uduzmuşdu. Amma digər tərəfdən “İnter” özü də mövsümün sonuna yaxın çox qeyri-sabit təsir bağışlayır. A seriyasının son turunda evdə “Montsa” ilə oyundakı məğlubiyyət buna sübutdu.

Ötən həftə Lissabonda “Benfika” son saniyələrdə Lukakudan penalti qolu buraxmasaydı və heç olmasa, 0:1-i qorusaydı, bəlkə də komandanın “San Siro”da möcüzə edə biləcəyinə ümid daha çox olardı. Amma ÇL-də evdəki 0:2-nin əvəzini çıxmaq çox çətindi. Təsadüfi deyil ki, indiyə qədər bu, yalnız bir dəfə - 2018/19-un 1/8 finalında baş verib. Bu tarixi nəticənin müəllifi PSJ ilə dueldə “Mançester Yunayted” olub (evdə 0:2, səfərdə 3:1). Hərçənd o vaxt mankunianların yarıdımına səfər qolu prinsipi çatmışdı. Amma indi bu qayda qüvvədə deyil. Ötən mövsümdəki “Liverpul” ilə səfər oyununu da saysaq, “İnter”in ÇL-in pley-offunda son 4 matçın hamısında qapısını toxunulmaz saxlaması diqqəti çəkir.

Bundan başqa, “neradzurra” evdə Portuqaliya klublarına qarşı son 11 oyundan 10 qələbə, 1 heç-heçə ilə ayrılıb. “İnter” indiyə qədər pley-offa səfər qələbəsi ilə başladığı 19 halın 18-də mərhələni adlayıb. Yeganə uğursuzluq 1988/89-da UEFA kubokunun 3-cü mərhələsində “Bavariya” ilə dueldə yaşanıb (səfərdə 2:0, evdə 1:3). “Benfika”nın isə ilk oyunda evdə uduzmasına daha öncə 6 dəfə rast gəlinib və komanda bunların 5-də mübarizəni dayandırıb.

Yeganə uğur 1999/00-də UEFA kubokunun 1-ci mərhələsində Buxarest “Dinamo”su ilə dueldə əldə olunub (evdə 0:1, səfərdə 2:0).

18 aprel

Çelsi – Real 0:2
Rodriqo, 58, 80
Hakim: Daniele Orsato (İtaliya)
Cəzalı: Çiluell/yoxdu
Avrokuboklardakı oyunlarının balansı: +4=2-2
İlk oyun – 0:2.

Tedd Boeli bu gedişlə “bir klubu ən uğursuz şəkildə necə idarə etmək olar” mövzusunda futbol dünyasına mühazirə deyəcək. Frenk Lempardın bu klubdakı əvvəlki təcrübəsini, eləcə də digər yerlərdəki uğursuz nəticələrini nəzərə alanda onun baş məşqçi postuna qaytarılması klubun özünə qəbir qazmasından başqa bir şey deyildi. Bəlkə də başqa mütəxəssislə “zadəganlar”ın “Real”la dueldə gerişdönüş edəcəyinə ümid bəsləmək olardı. Amma “Çelsi” indi elə vəziyyətdədi ki, doğma fanatlar önündə uduzmamaq onun üçün ən yaxşı nəticə olar.

Qeyri-adi nəsə baş verməsə, Madrid nəhəngi son 13 ildə 11-ci dəfə yarımfinala yüksələcək! “Çelsi” evdə İspaniya klublarına qarşı keçirdiyi son 8 oyunda cəmi 2 qələbə qazanıb ki, bunlardan biri 2021-in mayında məhz “Real”la oyunda (2:0) qeydə alınıb. “Çelsi” indiyə qədər 15 dəfə avrokubokların pley-offuna səfərdə uduzmaqla başlayıb və ən son “Borrussiya” ilə dueldə olduğu kimi bunların 9-da mərhələni adlayıb. Öz sevimli ayında öz sevimli rəqibi ilə qarşılaşan Benzemanın bu dəfə neçə qol vuracağı maraqla gözlənilir. “Real”in İngiltərə təmsilçilərinə qarşı səfər oyunlarındakı göstəriciləri belədi:

8 qələbə, 5 heç-heçə, 9 məğlubiyyət. “Blankos” indiyə qədər pley-offa ev qələbəsi ilə başladığı 61 halın 48-də mərhələni adlayıb. Yeri gəlmişkən, Benzema ÇL-də, Kroos isə avrokuboklarda 150-ci oyununu keçirməyə hazırlaşır.

Napoli – Milan 1:1
Viktor Osimhen, 90+3 - Olivye Jiru, 43
Qolla nəticələnməyən penaltilər: Xviça Kvaratsxeliya, 82 - Olivye Jiru, 22
Hakim: Şimon Marçinyak (Polşa)
Cəzalı: Angissa, Kim Min Çje/yoxdu
Avrokuboklardakı oyunlarının balansı: +0=0-1
İlk oyun – 0:1.

Bu oyunun nəticəsindən asılı olmayaraq “Napoli” istənilən halda tarixi mövsüm keçirir. Komanda 30 ildən çox davam edən çempionluq həsrətinə son qoymağın biraddımlığındadı, üstəlik ilk dəfə ÇL-in 1/4 finalına yüksəlib. Amma digər tərəfdən bütün Neapol başa düşür ki, bəlkə də komandanın əlinə bir də belə tarixi fürsət düşməyəcək. Həm “Milan”, həm də “İnter” bu mövsüm “Napoli”nin “dişinə görə” rəqiblərdi. Yəni ÇL-də ən azı finala yüksəlmək üçün gözəl fürsət var. Bunun üçün 90, bəlkə də 120 dəqiqəliyə toparlanıb, son uğursuzluqları unudub və fanatlarla birləşib əvvəlcə “Milan”ı mübarizədən kənarlaşdırmaq lazımdı. Özü də nəzərə alaq ki, neapolluların “qol maşını” Osimhen də zədəsini sağaldıb və bu gün start heyətində oynayacaq.

Ayın əvvəlində, daha dəqiq desək, aprelin 2-də “Milan”ın Nepolda 4:0 hesabıyla qalib gəldiyini xatırlasaq, meydan sahiblərinin bu matça ikiqat həvəslə hazırlaşmaq üçün daha bir motivasiyası var. Ötən həftə Milandakı oyunda Mayk Menyan xarüqələr yaradırdı. Bu dəfə də “rossonyerlər”in fransalı qapıçısının performasından çox şey asılı olacaq. “Napoli” ÇL-də öz meydanında 12 oyunluq məğlubiyyətsiz seriyaya malikdi (9 qələbə, 3 heç-heçə). Komanda indiyə qədər Avropa arenasında pley-offa 13 dəfə səfər məğlubiyyəti ilə başlayıb və bunların yalnız üçündə mərhələni adlayıb.

Yeri gəlmişkən, bu geridönüşlərdən biri 1988/89-da UEFA kubokunun 1/4 finalında məhz elə İtaliya təmsilçisi “Yuventus”la dueldə (səfərdə 0:2, evdə 3:0) qeydə alınıb! “Milan”la bağlı diqqətçəkən fakt odu ki, komanda ÇL-in pley-offunda səfərdə 9 oyunluq qələbəsiz seriyaya malikdi (3 heç-heçə, 6 məğlubiyyət). Son qələbə 2006/07-nin 1/4 finalında “Bavariya” ilə oyunda qeydə alınıb (2:0). “Rossonyerlər” avrokuboklara 44 dəfə ev qələbəsi ilə başlayıblar və bunarın 38-də mərhələni adlayıblar.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

17-03-2023, 15:0

1/4 final mərhələsinin püşkü atıldı - Çempionlar Liqası

Çempionlar Liqası

17-03-2023, 11:0

Mövsümün son püşkü atılacaq - Çempionlar Liqası

Manşet / Çempionlar Liqası

18-03-2022, 15:0

Çempionlar Liqasında 1/4 və 1/2 finalın cütlükləri bəlli oldu - SİYAHI

Çempionlar Liqası

3-05-2022, 10:0

Bu gün Çempionlar Liqasının ilk finalçısı bilinəcək

Çempionlar Liqası

7-11-2022, 15:0

ÇL-də 1/8 final cütlükləri məlum oldu - YENİLƏNİR

Çempionlar Liqası

12-10-2022, 01:0

"Real" və "Mançester Siti" növbəti mərhələdə

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
  • 8-08-2026, 19:0
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 198
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 125
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 107
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə