Bu gün Çempionlar Liqasının ilk finalçısı bilinəcək

3.05.2022 10:38 663
Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

"Football-plus.az" xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək. "Vilyarreal" İspaniyada "Liverpul"u qəbul edəcək. Bu komandalar arasında ilk görüş "mersisaydlılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

3 may

Vilyarreal (İspaniya) - Liverpul (İngiltərə)

Saat. 23.00

Baş hakim: Danni Makkeli (Niderland)

Vilyarreal, "Estadio de la Keramika" stadionu

ilk oyun: 0:2.

4 may

Real Madrid (İspaniya) - Mançester Siti (İngiltərə)

Baş hakim: Daniele Orsato (İtaliya)

Madrid, "Santiaqo Bernabeu" stadionu

İlk oyun - 3:4.