"Real" və "Mançester Siti" növbəti mərhələdə

12.10.2022 01:00 459
Çempionlar Liqası
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib.

"Footbal-plus.az" xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçirilib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu evdə Avstriya "Zaltsburq"u ilə qarşılaşıb. Görüş heç-heçə başa çatıb. Mahir Emreli bu matçda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb. E qrupunun digər matçında İngiltərə "Çelsi"si İtaliyada "Milan"ı məğlub edib.

Bu nəticələrdən sonra Madrid "Real"ı və İngiltərə "Mançester Siti"si növbəti mərhələyə vəsiqəni təmin edib.

Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur

11 oktyabr

E qrupu

23.00. "Milan" (İtaliya) - "Çelsi" (İngiltərə) - 0:2
Qollar: Jorjinyo, 21 (pen.), Obameyanq, 34

23.00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Zalsburq" (Avstriya) - 1:1
Qollar: Lyubiçiç, 40 - Zeivald, 12

Xal durumu: "Çelsi" - 7, "Zalsburq" - 6, "Milan" - 4, "Dinamo" - 4


F qrupu

23.00. "Seltik" (Şotlandiya) - "Leypsiq" (Almaniya) - 0:2
Qollar: T.Verner, 75, E.Forsberq, 84

23.00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Madrid" (İspaniya) - 1:1
Qol: Zubkov, 46 - A.Rüdiger, 90+5

Xal durumu: "Real" - 10, "Leypsiq" - 6, "Şaxtyor" - 5, "Seltik" - 1

G qrupu

20.45 "Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə) - 0:0

23.00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) - 1:1
Qollar: Bellinqem, 35 - Nianzu, 18

Xal durumu: "Mançester Siti" - 10, "Borussiya" - 7, "Sevilya" - 2, "Kopenhagen" - 2

H qrupu

20.45. "Makkabi" (Hayfa, İsrail) - "Yuventus" (İtaliya) - 2:0
Qollar: O.Atsili, 7, 42

23.00. PSJ (Fransa) - "Benfika" (Portuqaliya) - 1:0
Qol: Mbappe, 40

Xal durumu: PSJ - 8, "Benfika" - 8, "Yuventus" - 3, "Makkabi" - 3