• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Difai”nin Şuşanı təmsil etmək planı “Şuşa”nın prezidentini qıcıqlandırır

Ölkə futbolu / Manşet

14-04-2023, 14:0

2010/11 mövsümündə 1-ci divizionda Şuşanı təmsil edən komanda bir müddət sonra fəaliyyətini dayandırdı. Sən demə, “Şuşa” yenidən fəaliyyətini bərpa edə bilərmiş.

Lakin bu məsələdə problemlər yaşanıb. Klubun prezidenti Azəri Hüseynov redaksiyamızla əlaqə saxlayaraq sıxıntıları dilə gətirdi:

“2010-15 aralığında 5 il 1-ci divizionda çıxış etmişik. Sonra maddi sıxıntılar üzündən komanda fəaliyyətini dayandırdı. Bir müddət öncə yenidən klubu formalaşdırmaq istədik. Hətta bunun üçün sponsor da tapmışıq.

Bir il çalışdıq, amma komandanı bərpa etmək mümkün olmadı. AFFA-ya dəfələrlə müraciət etmişik. Federasiyanın indiki baş katibi Sərxan Hacıyev həmin vaxt köməkçi idi. Onunla bu məsələni müzakirə etmişik. Gənclər və İdman Nazirliyinə də müraciət etmişik. Hətta burda görüşlərimiz olub. Şuşa şəhəri ilə bağlı bəzi deputatlar var. Onlarla bu problemi müzakirə etmişik. Hər dəfə bizə ümid veriblər, amma alınmayıb.

Müraciət edəndə düşündük ki, əvvəlcə Region Liqasında çıxış edək. Çünki divizionda oynamaq üçün 3 il bu liqada mübarizə aparmaq lazım idi. İndi bu qaydanı yığışdırıblar. Lakin mümkün olsa, yenə Region Liqasında oynaya bilərik. Biz gündəmdəyik də. Hətta sponsorumuz var. Lakin yaxın buraxmırlar. Sponsorumuz xarici şirkətdi. Türkiyədə ad-san qazanmış şirkətlərdən biridi. Həmin adamlar istəyir ki, “Şuşa” böyük klub olsun. Lakin bu mümkün olmadı. İndi deyirlər ki, Şuşada çıxış etməyə komanda var. Hazırda Region Liqasında çıxış edir. Həmin klubu hazırlayırlar ki, nə vaxtsa Şuşanı təmsil etsin. Söhbət “Difai”dən gedir. Onları niyə hazırlayırlar ki? Şuşanın öz komandası var. Şuşaya ilk komandanı mən aparmalıyam.

Deyirlər ki, həmin klubu qazilər yaradıb. Mən də qaziyəm, birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Amma qazi adından istifadə etmək düzgün deyil. Bu futboldu, gəlin, futbol oynayaq. Müharibədisə, gedək vuruşaq. Biz burda qala-qala, “Difai” hardan çıxdı? Vaxtilə 1-ci divizionda çıxış edərkən də belə problemlə üzləşmişdik. Dedilər ki, Rusiyadakı iş adamlarından biri “Şuşa” adlı klub yaratmaq istəyir. Mən onunla bağlı araşdırma apardım. Dedilər ki, ölkəmizin qeyrətli oğlanlarından biridi. Çox sevindim ki, futbola marağı var. Sonra öyrəndim ki, özü tərtərlidi.

Bu adamın futbola marağı varsa, öz rayonunda komanda yaratsın. “Şuşa” adından niyə istifadə edir? Deməli, məqsədi var. Yenidən “Qarabağ” klubu yaratmaq olar? Biz canımızı qoymuşuq. Çətinliklə komanda yaratmışdıq, məqsədimiz var idi. Amma söz verənlər arxamızda durmadı. Qısası, klubu bərpa etmək istəyirəm. Amma deyirlər ki, “Difai” var. Bəyəm başqa rayon və ya şəhər tapmırlar? Kim yerindən durur, deyir ki, Şuşanı təmsil etmək istəyirəm.

Bizim şəhərin əvvələr də komandası olub, indi də var. Mənim dərdim budu. Region Liqasında oynamaq lazım olduğunu deyirlərsə, buna da razıyıq. Kömək etsinlər, biz də formalaşaq. Stadionumuz da var. Köhnə “Şəfa”da oyunlarımızı keçirə bilərik. Pulu ilə deyil? Əvvəllər də orda çıxış etmişik. Onsuz da premyer-liqa klublarının bəzilərinin normal arenası yoxdu. Nə zamansa hamımız Şuşaya qayıdarıq, orda stadionla bağlı nəsə düşünərik. Mən də bu şəhərdə doğulmuşam, döyüşlərdə iştirak etmişəm. Belə şeyləri demək istəmirəm. Amma məcbur oluram. 4-5 qazinin adından istifadə edirlər. Allah canlarını sağ etsin, hamısının başına dönərəm. Onlara nəsə demirəm. Amma biz futbol klubu yaradırıq, yoxsa batalyon? Mən şikayətçi deyiləm, dərdimdən danışıram. Klubumuzu bərpa etməkdə bizə kömək olsunlar. Sponsor deyirlərsə, var. Özü də böyük işlər görmək arzusundayıq. Bizim səsimizi eşitsinlər”.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

28-04-2022, 20:0

İranlı ixtiraçı Azərbaycan klubuna sponsorluq etmək istəyir - ÖZƏL AÇIQLAMA

1-ci liqa / Manşet

7-04-2023, 21:0

“Difai” divizionda oynamaq üçün AFFA-ya müraciət edib

Ölkə futbolu / Manşet

13-04-2023, 10:0

Misir Əbilov söylənilənləri təsdiqlədi - ÖZƏL

Premyer-liqa / Manşet

2-07-2022, 16:0

“Sabah” rəhbərliyi əvəzedicilərin fəaliyyətini dayandırdı

İdman

1-12-2022, 11:0

Avropa Voleybol Konfederasiyasının rəsmi saytı Azərbaycan klubu haqda məqalə hazırladı

Aktual
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
Son xəbərlər
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Daha çox
Oxunub: 353
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 210
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə