• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev

Ölkə futbolu / Aktual

Bu gün, 16:28

Birinci liqada ötən mövsümün ikinci yarısında fırtına kimi əsən “Şahdağ Qusar” sonda 5-ci yeri tutdu və gələcək adına azarkeşlərinə ümid verdi. Məntiqlə şimal klubu bu mövsüm yenidən elitaya vəsiqə uğrunda mübarizə aparmalıydı, həm də daha fəal şəkildə. Axı qışdan bəri heyətə çoxlu yeni oyunçu cəlb olunub, “sükan arxasına” isə “Karvan-Yevlax”ın sabiq baş məşqçisi Fizuli Məmmədov gətirilib. Amma həftəsonu klubda gözlənilməz ayrılıq yaşanıb. Ötən ilin avqustunda “Şahdağ Qusar”ın rəhbəri təyin olunan Rahid Əmirquliyev klubdan gedib.

O, bununla bağlı sosial media hesabında paylaşım edib:

"Bəzən həyatda ən çətin qərar insanın ən çox sevdiyi yerdən ayrılması olur. Bu gün böyük qürur və kövrəklik hissi ilə doğma komandam - "Şahdağ Qusar"la vidalaşıram. Bu klubda mən təkcə futbol oynamadım, həm də böyük bir ailənin üzvü oldum. Birlikdə çətinliklərdən keçdik, mübarizə apardıq və Allahın köməyi, komandamızın əzmi, siz dəyərli azarkeşlərin dəstəyi ilə 2-ci liqanın çempionu olduq. Bu uğur bütün komandamızın, bütün Qusarın və həmişə yanımızda olan azarkeşlərin uğurudu. Doğma torpağımı və insanlarımızı təmsil etmək mənim üçün həmişə böyük qürur olub. Həyat isə bəzən insanın qarşısına yeni yollar çıxarır. Klub rəhbərliyi ilə yaranan fikir ayrılığı səbəbindən komandadan ayrılmaq qərarı verdim. Bu, heç vaxt bu kluba olan sevgimin və bağlılığımın azalması demək deyil. Birlikdə çalışdığım komanda yoldaşlarıma, məşqçilərimizə və bizi həmişə dəstəkləyən əziz azarkeşlərimizə ürəkdən təşəkkür edirəm. Harda olsam da, "Şahdağ Qusar"ın uğurlarına sevinəcək və özümü həmişə bu ailənin bir parçası hesab edəcəyəm".

Bu kövrək mesajın “üçü çıxmamış” Əmirquliyevin fəaliyyətini “Səbail”də müşavir kimi dəvət etdirəcəyi aydın oldu. O, son açıqlamasında “dənizçilər”in yeni prezidenti Mirzə Bayrampurla uzun illərdi yaxşı münasibətinin olduğunu söyləyib, “Şahdağ Qusar”da verdiyi vədləri yeni klubunda da dilə gətirib. Hədəflər eynidisə, klubunu niyə dəyişib? Rəhbərliklə hansı fikir ayrılıqları olub? Detalları öyrənmək üçün Əmirquliyevə müraciət etdik:

“Əlbəttə, mən gələndə klubun vəziyyəti yaxşı deyildi. Köhnə sponsor klubdan imtina etmişdi, klub dağılmaq üzrə idi. Bu məsələ ilə bağlı Futbolun İnkişaf Fondunun rəhbərliyi ilə birgə oturub yeni plan qurduq. Məqsəd “Şahdağ Qusar”ın yaşaması idi. Həm biz, həm də Fond əlindən gələni etdi ki, klub dağılmasın, yaşasın və birinci liqada layiqincə çıxış etsin. Pis-yaxşı çempionata başladıq. Düzdü, vəziyyətimiz o qədər də yaxşı deyildi, amma yenə də müəyyən səviyyədə komanda yığa bilmişdik. Düşünürəm ki, pis çıxış etmədik. Sadəcə, mövsümün ilk yarısında problemlərimiz çox idi, əsasən də maliyyə problemləri. Yanvardan sonra kluba yeni sponsor və yeni rəhbərlik gəldi. Bundan sonra maliyyə vəziyyəti və ümumilikdə komandanın durumu yaxşılaşdı, yeni futbolçular cəlb edə bildik.

Nəticədə çempionatın ikinci yarısında çox yaxşı çıxış etdik. Hətta 3-cü yerə yüksəlmək şansımız da var idi. Ümumilikdə isə planımız təkcə bu mövsüm üçün deyildi, gələn mövsümdə də “Şahdağ Qusar”ı premyer-liqa səviyyəsində çıxış edəcək, hətta çempionluğa oynayacaq komanda halına gətirmək istəyirdik. Bu barədə rəhbərliklə də danışmışdıq. “Şahdağ Qusar”dan ayrılmaq fikrim yox idi. İstəyirdim komandada qalım, dəstək olum və “Şahdağ Qusar”ı premyer-liqaya qaytaraq. Azarkeşlər buna layiqdi. Ancaq çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı. Mən başqa cür düşünürdüm, onların isə fərqli planları var idi, bu fikirlər üst-üstə düşmədi. Nəticədə ayrılmaq qərarı verdim. Bu o demək deyil ki, mən qalsaydım, mütləq uğur olacaqdı. Bəlkə mən olmayanda da komanda premyer-liqaya yüksələ bilər. “Şahdağ Qusar” doğma komandamdı, ayrılsam da, uğurlarına həmişə sevinəcəyəm. Amma qeyd etdiyim kimi, ayrılmağımın əsas səbəbi rəhbərliklə fikir ayrılığı oldu”.


İSRAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

18-08-2025, 21:0

Rahid Əmirquliyev klub rəhbəri oldu

Ölkə futbolu / Aktual

15-08-2025, 22:0

“Nə qədər iddialı olacağımızı deyə bilmərəm” - Rahid Əmirquliyev “Şahdağ Qusar”dan ayrıldı?

Ölkə futbolu / Aktual

27-04-2026, 13:0

“İndi vəziyyət yaxşılaşıb” - Rahid Əmirquliyev “Şahdağ Qusar”ın hədəflərindən danışdı

Ölkə futbolu / Aktual

23-09-2025, 17:0

Rahid Əmirquliyev karyerasını başa vurdu? – özü açıqladı

Ölkə futbolu / Manşet

7-05-2025, 22:0

Gerçək fanat, yoxsa bir oyunluq qəhrəman?

Aktual / Ölkə futbolu

25-12-2025, 23:0

“Şahdağ Qusar” sponsor tapdı, Rahid Əmirquliyev detalları açıqladı – o, gedir?

Aktual
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
“İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
Son xəbərlər
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 212
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 148
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 114
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə