"İlk pley-off oyunumuzu keçirdik. Bəzi problemlərimiz vardı. Belə ki, qrup oyunlarından sonra fasilə yarandı. Bu da futbolçulara mənfi təsir göstərdi. Çünki onların çoxu başqa sahələrdə də çalışır. Amma qrup mərhələsində hər həftə oyunlarımız olurdu deyə, tez-tez bir araya gəlib məşq edirdik. Üstəlik ilk oyunumuz səfərdəydi deyə, müəyyən məsafə qət etdik. Sadaladıqlarım üzündən yaxşı çıxış edə bilmədik”.
Bu sözləri “Football-plus.az”a açıqlamasında “Qusar”ın baş məşqçisi Tural Cəlilov dedi. Çalışdırıcı “Araz”ı (Saatlı) səfərdə 2:0 hesabı ilə məğlub etdikləri görüş haqda danışdı: