"Footbal-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə "Nant"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra "CBC Sport"a açıqlamasında deyib.
Komandanın kapitanı daha sonra fikrinə belə davam edib:
"Adımıza layiq şəkildə mübarizə apardıq. Fürsətləri qola çevirsəydik, fərqli olacaqdı. Bəlkə də hesab bizi arxayınlaşdırdı. Hələ heç nə bitməyib. "Qarabağ" Azərbaycanın adına yaraşan oyun sərgiləyir".
Yarımmüdafiəçi son turda "Frayburq"lə keçirəcəkləri matç haqda da danışıb:
"Bu görüş haqqında danışmaq çətindi. Rəqibin üstün tərəflərini bilirik. Amma proqnoz verməyi özümə rəva bilmirəm. Matça ən yaxşı şəkildə hazırlaşacağıq. Biz pley-offa layiq komandayıq".
"Nant"la görüşün 79-cu dəqiqəsində zədələnərək meydanı tərk edən Q.Qarayev son durumu haqda da danışıb:
"Düşünürəm ki, zədəm ciddi deyil. Oynamağa davam etsəydim, daha pis ola bilərdi".




