Dünən Region Liqasının pley-off mərhələsi 2 qarşılaşmayla start götürdü. "Neftçala" - "Karvan" matçında meydan sahibləri 1:2 hesabıyla uduzdu. "Football-plus.az" saytı olaraq "Neftçala"nın məşqçisi Fəxrəddin Mürvətovdan doğma publika önündə məğlubiyyətin səbəbini öyrəndik:
"Pley-offda doğma meydanda ilk oyunumuzu keçirdik. Matçboyu üsün tərəf idik, rəqibin qapısı qarşısında çox sayda qol epizodu yaratsaq da, 1 dəfə fərqləndik. Oyun zamanı həm bizim, həm də rəqibin qapısına penalti təyin olunsa da, biz dəqiq yerinə yetirə bilmədik. 4 əsas heyət üzvümüz 10 oyunluq cəzalıdı. Bəlkə onlar sərəncamımda olsaydı, fərqli nəticə olardı. Rəqibin də heyətində güclü oyunçular var. Təbii ki, bu dediklərim məğlubiyyətə haqq qazandırmaq üçün deyil. Üstün oynadıq, imkanlardan yararlana bilmədik, rəqib isə fütsətləri qola çevirdi. "Karvan"ı qələbə münasibətiylə təbrik edirik. Qarşıdakı oyuna köklənəcəyik. Rəqib bizi doğma meydanda məğlub etdiyi kimi, biz də onarı yenməyə çalışacağıq. Hələ heç nə bitməyib".
ABDULLA İSMAYILOĞLU