• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

TFF qərarını dəyişdirmədi, “Beşiktaş” UEFA-ya üz tutdu - TƏHLİL

Dünya futbolu

7-04-2023, 11:0

“Beşiktaş”la Türkiyə Futbol Federasiyası (TFF) arasındakı anlaşmazlıq gündən-günə artır.

Bilindiyi kimi, fevralın əvvəllərində qardaş ölkədə baş verən dəhşətli zəlzələdən sonra “Hatayspor” və “Qaziantep” Türkiyə çempionatında bu mövsümlük çıxışını dayandırmalı olmuşdu. TFF-nin fevralın 22-də qəbul etdiyi qərara görə bu klubların zəlzələdən əvvəlki bütün nəticələri qüvvədə saxlanıldı. Çıxışlarını dayandırdıqdan sonra isə hər tur bu klubların rəqiblərinə 3:0 hesablı texniki qələbə verilir.

“Beşiktaş”ı 6 klub dəstəkləsə də...

Federasiyanın bu qərarına ən çox etiraz edən “Beşiktaş” oldu. İstanbul nəhəngi “Hatayspor” və “Qaziantep”in mövsümün əvvəlindən bəri bütün oyunlarının nəticələrinin ləğv olunmasını tələb edirdi. “Qartal”ın bu qədər canfəşanlıq etməsi səbəbsiz deyil. İstanbul nəhəngi ilk dövrədə Hatayda 1:2 hesabıyla uduzmuş, Antepdən isə 1:1-lik bərabərliklə dönmüşdü. Yəni bu klubların nəticələri ləğv olunacağı təqdirdə “ağ-qaralar”ın hesabına 5 xal əlavə olunacaqdı. Əvəzində inamla turnir cədvəlinə başçılıq edən “Qalatasaray”dan 9 xal (6 xal ilk dövrədəki qələbələrə görə, 3 xal da ikinci dövrədəki texniki qələbəyə görə) çıxılacaqdı. Yəni hadisələrin belə axarı turnir cədvəlində və çempionluq mübarizəsində ciddi dəyişikliklərə səbəb ola bilərdi. “Beşiktaş” hətta TFF-ni UEFA-ya şikayət etməklə də hədələmişdi.

Martın sonlarında bu məsələni müzakirə etmək üçün Klublar Birliyinin (KB) toplantısı keçirildi. Toplantıya elitada çıxışını davam etdirən 17 klubdan 12-nin nümayəndələri qatıldı. Bu 12 klubdan 7-si – “Beşiktaş”, ”Trabzonspor”, “Adana Dəmirspor”, “Kasımpaşa”, “Antalyaspor”, “İstanbulspor” və “Ankaragücü” “Hatayspor”la “Qaziantep”in bütün oyunlarının nəticələrinin ləğv olunmasını dəstəklədi. 4 klub – “Qalatasaray”, “Fənərbaxça”, “Kayserispor” və “Girəsunspor” TFF-nin qebul etdiyi qərarı dəstəkləyərək hər şeyin indiki kimi davam etməsini istədi. 1 klub – “Sivasspor” isə bitərəf mövqe nümayiş etdirdi. Toplantıya qatılmayan 5 klubun – “Konyaspor”, “İstanbul BŞ”, “Ümraniyəspor”, “Fatih Karagümrük” və “Alanyaspor”un mövqeyi bəlli olmadı. Birliyin başqanı Əli Koç bu nəticələri federasiyaya təqdim edəcəklərini və yekun qərarı yenə də TFF-nin verəcəyini dedi.

Ağa deyir sür dərəyə...

Təbii ki, KB-nin bu məsələdə qərar vermək hüququ yoxdu. Birlik, sadəcə, federasiyaya tövsiyə verə bilər. TFF həmin tövsiyəni dinlədikdən sonra bazar ertəsi yekun qərarını açıqladı. Federasiya prezidenti Mehmet Büyükekşinin sözlərindən belə aydın oldu ki, “Beşiktaş”ın tələbi rədd edildi: “Hatayspor” və “Qaziantep”in oynanılmış matçları artıq təsdiq olunub. Oynanılmamış matçlarında da rəqiblərə texniki qələbənin verilməsi təsdiq olunub. Biz bu qərarı heç də tələm-tələsik verməmişik. Hər şeyi ətraflı düşündükdən, keçmişdəki bənzər örnəkləri nəzərə aldıqdan sonra qərar vermişdik. Birincisi, Klublar Birliyinin hər hansı bir qərar qəbul etmək hüququ yoxdu. İkincisi, lap tutaq ki, elədi, onsuz da 17 klubdan cəmi 6-sı əvvəlki nəticələrin ləğvini istəyir. 11 klub isə buna qarşı çıxır. Mümkün olmayan şeylərlə futbol ictimaiyyətinin gündəmini zəbt etmək nəyə lazım? Gəlin, ab-havanı gərginləşdirmədən və futbolumuzun marka dəyərinə ziyan vurmadan çempionatımızı sakitcə olduğu kimi davam etdirək. Bu məsələdə hər hansı bir klubumuz UEFA-ya müraciət etsə belə, heç nə dəyişməyəcək! Çünki UEFA-nın federasiyaların daxili işinə qarışmaq haqqı yoxdu”.
Büyükekşinin bu açıqlamalarından sonra diqqət “Beşiktaş”a yönəldi. “Ağ-qaralar”ın cavabını çox gözləmək lazım gəlmədi. Klubun rəsmi saytında yerləşdirilən bəyanatda Büyüykekşinin “ab-havanı gərginləşdirmədən” sözü hörmətsizlik kimi qiymətləndirildi və ondan futbol ictimaiyyətindən üzr istəmək tələb olundu. Bundan başqa, bir məqamı da qeyd etmək yerinə düşər. Yuxarıda 17 klubdan 7-nin TFF-nin qərarına qarşı çıxdığını, 4-nün qərarı dəstəklədiyini, 1-nin bitərəf olduğunu və 5-nin mövqeyinin bilinmədiyini qeyd etmişdik. Sonradan bəzi dəyişikliklər baş verdi. Qarşı çıxan klubların sayı azalaraq 6-ya endi. Amma hansı klubun fikrini dəyişdirdiyi bəlli deyil. Dəstək verən klubların sayı da 6-ya yüksəldi. 5 klub bitərəf qaldı. TFF isə bunu 11 klubun “yox”, 6 klubun “hə” deməsi kimi qələmə verdi. “Beşiktaş”ın bəyanatında bu məqam da tənqid olundu. “Ağ-qaralar” bildirdilər ki, bitərəf klubların TFF tərəfindən federasiyanın mövqeyini dəstəkləyibmiş kimi göstərilməsi düzgün deyil. Türkiyə mətbuatının yazdığına inansaq, “Beşiktaş” artıq vədinə əməl edərək məsələni UEFA-ya daşıyıb. Klubun vəkilləri tərəfindən hazırlanan dosye çərşənbə axşamı UEFA-ya göndərilib. Əslində “Beşiktaş”ın da özünə görə haqlı olduğu məqamlar var. Məsələn, belə çıxır ki, “Beşiktaş” bu mövsüm 18 səfər oyunu keçirdiyi halda, əsas rəqibləri 16 səfər oyunu keçirəcək. Amma digər tərəfdən ağa deyirsə ki, sür dərəyə, deməli, sür dərəyə...

HK sədri derbidəki penaltinin yanlış olduğunu etiraf etdi

Yeri gəlmişkən, başqa məqama toxunmağa da ehtiyac var. Hakimlik mövzusu hər gün, hər saat Türkiyədə gündəmdədi. Ən son “Fənərbaxça” – “Beşiktaş” derbisində hakim Xəlil Umut Melər kobud səhvə yol verərək qonaqların əleyhinə penalti təyin etmişdi. Bundan başqa, son 2 turda “Qakatasaray”ın rəqiblərinin qırmızı vərəqəlik epizodlarına göz yumulmuşdu. “Cim-Bom” da Hakimlər Komitəsinin (HK) sədri Lalə Ortanın istefasını tələb etmişdi. Amma TFF başqanı Büyüykekşi Ortaya dəstək nümayiş etdirib. O, yeni sədrin yanvarın 29-da seçildiyini bildirib və bu komitədə yaxın vaxtlarda dəyişikliyin planlaşdırılmadığını deyib. Lalə Orta srağagün “Bein Sports” kanalında ayda bir dəfə hakim səhvlərinin müzakirə olunduğu verilişin canlı yayınına çıxıb. O, son derbidə hakim təyinatının “manual” həyata keçirilməsindən danışıb və penalti qərarının həqiqətən də yanlış olduğunu etiraf edib. Bu mövsüm Türkiyə çempionatında təyinatlar, bilindiyi kimi, alqoritm, yəni kompüter vasitəsilə həyata keçirilirdi. Amma son derbi bu baxımdan istisna oldu və “manual” seçim həyata keçirilərək konkret Melər oyuna təyin edildi. Lalə Ortanı dinləyək: “Fürsətdən istifadə edib 17 klubumuza səslənirəm. Hər ay 1 gün müəyyənləşdirsinlər. Şübhəli hesab etdikləri iki epizodun görüntüsünü bizə göndərsinlər. İstər TFF-də, istərsə də KB-də görüşək və şəffaf şəkildə bu epizodlara aydınlıq gətirək. Fikrimcə, federasiya bu yeniliyi yalnız dəstəkləyər. Böyük müzakirələrə səbəb olan penalti epizoduna gəlincə, burda birmənalı şəkildə hər hansı bir kobudluqdan və ya penaltidən söhbət gedə bilməz. Dünyanın heç bir yerində bu epizoda görə penalti verilməz. Hakim səhvə yol verdi. VAR hakimin yanlışını düzəltməliydi. Amma onlar da nədənsə qarışmadılar. Müdaxilə etməyə ehtiyac duymamaqla VAR da səhvə yol verdi. Yəni bir epizodda ardıcıl iki səhvə yol verildiyini görürük. Xəlil Umut Melərin bəxti onda gətirdi ki, bu epizod oyunun nəticəsinə təsir göstərmədi. Bunun insani bir səhv olduğunu düşünürəm. Hakimlərimizin bilərəkdən hansısa klubun əleyhinə qərarlar verdiyini düşünmürəm. Melər hazırda dünyada da populyar olan hakimlərdən biridi və bizi çox gözəl təmsil edir. Mayda 20 yaşlılar arasında DÇ-də hakimlik edəcək. Ona uğurlar arzulayıram. İnanıram ki, bu səhvdən nəticə çıxaracaq. Derbiyə hakimin “manual” seçilməsi məsələsi isə yanlış anlaşılıb. Digər oyunlarda bu praktikadan istifadə edilməyib. Biz yalnız bu oyun üçün federasiyadan bunu tələb etdik. Çünki Meləri derbiyə layiq bilirdik. Belçikada da bu praktikadan istifadə olunur. Bəzən çətin və həlledici oyunlara hakimin HK tərəfindən seçilməsi mümkündü. TFF bizə icazə verdi və biz də bu cür təyinatı şəffaf şəkildə ictimaiyyətə açıqladıq”.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

22-03-2023, 17:0

''Beşiktaş'' TFF ilə razılaşmayıb UEFA-ya müraciət edəcək

Dünya futbolu

8-03-2023, 20:0

Jezuş pley-off tələb etdi, TFF ''olmaz'' dedi

Dünya futbolu

17-02-2023, 20:0

“Hatayspor”la “Qaziantep”in oyunçuları nəhəng klublara keçir

Dünya futbolu

24-02-2023, 17:0

Çıxışını dayandıran klubların sayı 10-a çatdı!

Dünya futbolu

18-02-2023, 17:0

“Beşiktaş”: Souza getdi, Maksim gəldi

Dünya futbolu

8-03-2023, 20:0

''Qalatasaray'' meydana çıxmadan tarixi qələbə qazandı

Aktual
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Son xəbərlər
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 23:17
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Dünən, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Dünən, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Dünən, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Dünən, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Dünən, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • 10-06-2026, 23:0
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • 10-06-2026, 22:0
    "Şəfa"da daha üç ayrılıq
Daha çox
Oxunub: 729
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 494
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 199
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə