Bilindiyi kimi ötən həftəsonu Türkiyədə zəlzələdən bu yana ilk dəfə tam bir tur keçirildi.
“Football-plus.az” xəbər verir ki, 24-cü turda çərçivəsində ''Qalatasaray'' səfərdə ''Qaziantep''lə qarşılaşmalı idi. Amma məlum olduğu kimi anteplilər çempionatdan çəkiliblər. Qəbul olunan qərara görə çəkilən klubların rəqiblərinə 3:0 hesablı texniki qələbə verildiyindən inamla turnir cədvəlinə başçılıq edən ''Cim-Bom'' xalını 57-yə, qollarının sayını 50-yə yüksəltdi. Bəlkə də çoxları fərqinə varmadı, amma İstanbul nəhəngi bu texniki qələbə sayəsində Türkiyə çempionatının rekordunu tekrarladı. ''Aslan'' buna qədər superliqada ardıcıl 12 qələbə qazanmışdı və seriya 13-ə yüksəldi. Bu da 62 illik rekordun təkrarı deməkdi. Turnirin tarixində yalnız yalnız bir komandanın ardıcıl 13 qələbəsi olmuşdu. Buna 1959/60 mövsümünün 10-22-ci turlarında ''Beşiktaş'' nail olmuşdu. Bu da o deməkdi ki, artıq növbəti tur ''Kasımpaşa'' ilə ev oyununda ''Qalatasaray'' ardıcıl 14-cü qələbəsini qazana və bu göstəricidə yeni rekordun sahibi ola bilər. Rəsmi oyunları nəzərə aldıqdan isə hazırda ''sarı-qırmızılar'' 16 oyunluq qələbə seriyasına malikdilər.