• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fatinin atası “Barselona” rəhbərliyinə hücum edir

Dünya futbolu

4-04-2023, 22:0

“Barselona”nın ən parlaq istedadlarından biri Ansu Fatinin karyerası sürətli qüruba doğru gedir: komandada əsas heyətdə yerini itirib, İspaniya yığmasının oyunlarını buraxıb.

"Football-plus.az" xəbər verir ki, yığmanın yeni baş məşqçisi Luis de la Fuente belə hesab edir ki, “Vilyarreal”ın vingeri Yeremi Pino və “Espanyol”dan Xoselu hücumda daha faydalı olacaq. Meydandan kənardakı vəziyyət də narahatlıq doğurur.

“Hər şey məndən asılı olsaydı, sabah klubu tərk edərdik”

Ansunun atası Bori Fati COPE agentliyinə verdiyi müsahibədə, necə deyərlər, “partlayıb”:

“Ansinin belə az oynamasının səbəbini anlamıram. Söhbət klubun “10 nömrə”sindən gedir e. Vinisiusu iki il əvvəl necə “çilədiklərini” xatırlayırsızmı? Ansu ilə də eyni hadisə baş verə bilər. Xahiş edirəm, onu müdafiə edin. O, “10 nömrə”di, “La Masiya”dan gəlib. Ansu zədələnənə qədər Dembele, Qrizmann və Suares ilə eyni heyətdə meydana çıxırdı. Bəs indi niyə oynamır? O ki əla fiziki formadadı. “Barsa” indikindən daha pis vəziyyətdə olanda klubda Ansini məcbur edirdilər ki, meydana vaxtından əvvəl qayıtsın, oynasın. İndi isə 100 faiz sağlam olduğu halda qəfil heç kim onu görmək istəmir? Axı Ansu futbol oynamağı yadırğaya bilməz. Necə belə olur? Ansu getmək istəmir, ancaq mən istəyərdim ki, o, uğur qazansın. Bir daha stadiona gəlməyəcəm, klubdan acıqlıyam. Bir ay sonra Ansunun agenti Jorje Mendeşlə görüşəcəm. Ansunun belə az oynaması məni narahat edir. Biz yığmanın şərəfini qoruyan və daha artığını haqq edən futbolçudan danışırıq. Xavinin hücumda Ansiyə güvənməməsinin səbəbini anlamıram. Baş məşqçinin müəyyən əsasları olmalıdı. Ansu hansısa nifrət hiss etmir, Xavi onun əbədi kumiridi, ancaq mən qəzəbliyəm. İdman direktoru Mateo Alemani mənə dedi ki, Ansu klubun irsinin bir hissəsidi. Bir ata kimi oğluma deyirəm ki, getmək yaxşıdı. Ancaq Ansi cavab verir ki, bu fikirlə razı deyiləm. O qalmağı çox istəyir. Hər şey məndən asılı olsaydı, elə sabah klubu tərk edərdik. Vəziyyət dəyişməsə, getmək lazım gələcək. Hərçənd oğlum mənə səhv etdiyimi deyir”.


Həqiqətən də, valideynləri Fatiyə güclü təsir göstərir. Məsələn, məhz ailə ötən ilin yanvarında Ansunu diz əməliyyatında girmək fikrindən daşındırdı. Belədə Qvineya-Bisau əsilli futbolçu konservativ yolla müalicəyə üstünlük verdi və tezliklə növbəti dəfə sıradan çıxdı – dizi hələ də onu narahat edir. “Barsa” Fatinin bu qərarından çox narazı qaldı. İş ondadı ki, futbolçu hələ də əvvəlki səviyyəsinə dönə bilmir.

Zədələr Ansunu bezdirib

Vinger cari mövsümdə ümumilikdə 38 oyunda görünsə də, əsasən sonradan mübarizəyə qoşulub. Əsas heyətdə çıxdığı oyunların sayı 11-ə, bütün turnirlərdə vurduğu qol sayı isə 6-ya bərabərdi.
Onun “Barsa”da çıxış tarixçəsinə nəzər salaq.
• 2020-nin noyabrında Ronald Kumanın çalışdırdığı komandanın əsas heyətində özünə yer edən Fati Leo Messi ilə əla anlaşırdı. Çoxlu qol vuran viner sol dizinin meniskini zədələdi. Əməliyyat və futbolsuz keçən 323 gün...
• Fati krallar kimi qayıtdı: 2021-in sentyabrında dönüşdən sonra keçirdiyi ilk oyundaca fərqləndi və xoşbəxtlikdən ağladı. Hər şey yoluna düşdü: 5 oyuna üç qol. Ancaq noyabrın əvvəlində yeni zədə ilə üzləşdi, bu dəfə dizaltı vətərindən.
• Bu zədəni də müalicə etdirdi, geridönüşü yenə möhtəşəm oldu: Ansu “el klasiko”da “Real”ın qapısına yol tapdı, hətta “qayçı” fəndi işlətməyə çalışdı. Sağalandan sonra keçirdiyi ikinci oyunda isə yenə zədələndi və göz yaşı axıtdı.
İndi Ansunun cəmi 20 yaşı var, amma zədələr üzündən 492 günü buraxıb, bu isə bir ildən artıq müddət deməkdi. Bərpa olunandan az sonra zədələndiyini nəzərə alsaq, təbii ki, sabitlik, forma yığmaq və oyun tonusu haqda danışmağa dəyməz.

Fati məyusdu, ancaq getmək istəmir
İnsayder Jordi Karderonun yazdığına inansaq, atasının son müsahibəsi qətiyyən futbolçunun xoşuna gəlməyib. Ansi sosial şəbəkədə üzrxahlıq etmək haqda düşünür, ancaq eyni zamanda ailəsinin belə addıma neqativ yanaşacağından çəkinir. Yersiz diqqət Fatinin xoşuna gəlmir. DÇ-2022 üçün İspaniya yığmasının düşərgəsinə çağırılmasını ailə evdə qeyd edərkən çəkilən videonun sosial şəbəkələrdə yayılması da onun xoşuna gəlməyib. Fati qapalı oğlandı, şəxsi həyatını hamıya açmır və nadir hallarda müsahibə verir. Hətta məşqlərdə də az danışır, ancaq oyundaşları naminə meydanda can qoyur. Futbolçunun yaxın ətrafına aid olan qaynaqlar onun “Barsa”nı sevdiyini və getmək istəmədiyini bildirir.

“Barselona” hər şeyi anlayır və hələ ki Fatini satmaq niyyətində deyil. İnsayder Luis Migelsants xəbər verir ki, futbolçunun yaxınları bazarı gözdən keçirir və belə hesab edirlər ki, Ansinin ədalətli qiyməti cəmi 35 milyon avrodu. “Marca”nın yazdığına görə, oyunçunun agenti Jorje Mendeş də “Barsa”dan ayrılmağın tərəfdarıdı. Onun fikrincə, bu mövsüm Fatinin qiyməti gündən-günə aşağı düşür.

Xavinin də bu mövzuda fikirlərini bilməyə dəyər:
“Bazarın bağlı olduğu vaxtda Fatinin satılması hada deyilənləri anlamıram. Ansu bizim üçün fundamental oyunçudu. Ona qeyri-adi güvənc hissim var, tərəqqisinə ümid edirəm. O, indinin və gələcəyin oyunçusudu. Ansiyə inanıram. Dözümlü olmalı, daha artığını etməlidi”.


Bəs Ansunun sağlıq durumu və dözümü lazımi səviyyəyə çatmağa imkan verəcəkmi? Bunu yaxınlarda görəcəyik.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-03-2023, 22:0

"Barselona" Fatinin transfer qiymətini aşağı saldı

Dünya futbolu

28-03-2023, 18:0

“Barselona”da qalacaq, yoxsa gedəcək?

Dünya futbolu

15-11-2022, 12:0

Fati qəza keçirdi

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:47
    ABŞ fərqi artırdı, Türkiyə gözləyir - DÇ gecəsi
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
  • Dünən, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Dünən, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Dünən, 14:30
    Klubunda hamını arxada qoydu
  • Dünən, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Dünən, 13:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Dünən, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Dünən, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Dünən, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Dünən, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Dünən, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Dünən, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Dünən, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
Daha çox
Oxunub: 283
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 251
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə