"Barselona" hücumçusu Ansu Fati ilə bağlı yeni qərar verib.
"Football-plus.az" xəbər verir ki, klub onun mümkün transfer qiymətini aşağı salacaq. Maliyyə çətinlikləri kataloniyalıları futbolçunu 100 milyon avrodan aşağı qiymətə satmağa məcbur edir. Fati ilə bir sıra premyer-liqa klubları maraqlanır.