Fati qəza keçirdi

15.11.2022 12:42 396
Dünya futbolu
Ansu Fatinin başı problemlərdən qurtulmur.

Football-plus.az xəbər verir ki, “Barselona”nın hücumçusu qəza keçirib.

İspaniya mənbələrinin yaydığı xəbərə görə, yeniyetmə futbolçunun idarə etdiyi avtomobil motosikletçi ilə toqquşub. Qəza zamanı motosikletin sürücüsü ağır xəsarət alıb. Ansu zədənin ciddiliyini anlamaq üçün zərərçəkmişlə birlikdə xəstəxanaya gedib. Qəza nəticəsində futbolçunun heç bir xəsarət almadığı bildirilir.