19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandasının üzvü Şahbaz Həndəmli AÇ-2023-ün əsas mərhələsi çərçivəsində keçirilmiş Bosniya və Herseqovina ilə oyunu şərh edib.
"Football-plus.az" xəbər verir ki, 1:4 hesabıyla uduzduqları matçda komandamızın yeganə qolunu vuran futzalçı bunları söyləyib:
Təbii ki, qol vurduğuma görə, sevinirəm. Bu Avropa yarışlarında ilk qolum idi. Ancaq önəmli olan komandanın uğur qazanmasıdır. Təəssüf ki, buna nail ola bilmədik. Yunanıstanla matça qələbə qazanmaq üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, məqsədimizə nail olaq”.