• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Turan Tovuz” nə itirdi, “Zirə” nə qazandı? - YAZI

Yazarlar

27-02-2023, 14:0

Son vaxtlar “Turan Tovuz”u məğlub etmək heç də asan deyildi.

Hələ ötən yazılarımdan birində qərb klubunun yüksək əhval-ruhiyyədə olmasından yazmışdım. Ayxan Abbasov onsuz da Azərbaycan çempionatı üçün yaxşı heyətə sahibdi. Görünən odu ki, klub rəhbərliyi mövsümün əvvəlindən qarşıya konkret hədəflər qoyub. Başqa yerdə təəccüblənərlər ki, bir peşəkar komandanın avtobusu olmasın, nəqliyyat vasitəsi almaq üçün azarkeşlərdən pul toplansın, amma həmin komandanın heyətində 9 legioner olsun. Belə çıxır ki, klubun büdcəsində pul var imiş, onu da legioner alınması üçün sərf ediblər, avtobus almağı lazım bilməyiblər. Bu öz yerində, sözümün canı başqadı. Onu deyirdim ki, “Turan Tovuz” çempionatın səviyyəsinə baxanda heç də zəif heyətə sahib deyil. Bu səbəbdən də Ayxan Abbasovun komandası səfərdə də, evdə də yaxşı oynayır. Xüsusən də doğma meydanda tovuzluların kürəyini yerə vurmaq heç də asan deyil.

Özü də indiki məqamda. “Turan Tovuz”a sponsor tapılması komandanın düşərgəsində əməlli-başlı canlanma yaradıb, futbolçuların mübarizə əzmi azı iki dəfə artıb. Bu da səbəbsiz deyil. İllərini futbola verən adamlar başa düşür ki, büdcə çoxaldıqca futbolçulara təklif edilən məvacib də artacaq. Klub rəhbərliyi daha yaxşı maliyyə imkanları ilə başqalarına “elçi düşə” bilər. Çalışıb onlardan daha yaxşı olduğunu isbatlamalısan ki, yenilənəcək heyətdə özünə yer edəsən, artan məvaciblərdən sənə də pay düşsün. Təsadüfi deyil ki, son üç turda “Turan Tovuz” qələbə qazanmışdı. Həmin üç oyunun ikisi xüsusi əhəmiyyət kəsb edirdi. Çünki rəqiblərdən biri “Kəpəz” idi. Bu iki komandanın görüşünə “qərb derbisi” adı ona görə qoyulub ki, onların arasında prinsip var, həmişə bir-biri ilə mübarizə aparıblar. Ona görə də “Kəpəz”lə görüşdə qələbə “Turan Tovuz” üçün çox vacib idi. Amma növbəti tur tovuzlular Masazırda elə bir nəticəyə imza atdılar ki, qərb derbisindəki qələbə də kölgədə qaldı. Söhbət “Turan Tovuz”un “Sabah”ı səfərdə məğlub etməsindən gedir. Bu görüşdə qazanılan 3 xalın dəyəri daha artıq idi.

Şəxsən mən düşünürdüm ki, “Turan Tovuz” qazandığı bu özünəinamı “Zirə”ylə qarşılaşmada da davam etdirəcək, ən azı doğma meydanda uduzmayacaq. Amma Ayxan Abbasov və komandası uğurun davamını gətirməyi bacarmadı. Zirədən gələn qonaqlara cəmi iki dəqiqə bəs etdi ki, oyunun nəticəsini öz xeyrinə dəyişsin. Bununla da Rəşad Sadıqovun çalışdırdığı komanda son 4 oyunda həsrət qaldığı qələbənin dadını yenidən hiss etdi. İlk baxışdan elə görünə bilər ki, turnir cədvəli baxımıdan nə “Zirə”nin qazancı çox oldu, nə də “Turan Tovuz”un itkisi. Amma əslində elə deyil. “Turan Tovuz”un itkisi 3 xaldan, “Zirə”nin səfərdəki qəniməti isə sıradan qələbədən daha artıqdı. “Turan Tovuz” yüksəlişdə olduğu, azarkeşlərini və yeni sponsorunu ümidləndirdiyi bir vaxtda evində büdrədi. Bu məğlubiyyət həm də onu göstərdi ki, hazırkı heyət böyük demirəm, heç ortababab hədəflərə belə çatmaq üçün yetərli deyil. Tovuz təmsilçisi 24 oyundan sonra cəmi 26 xal toplayıb. Bu göstəriciylə nəinki ilk “üçlük”dən, hətta “Zirə”ylə “Qəbələ”dən də xeyli geri qalır. Bundan sonra yenidən belə qələbə seriyası yaxalamaq, özünəinam qazanmaq çox çətin olacaq. Çətin ki, belə sabit qrafiki, qələbə seriyasını yenidən yaxalamaq fürsəti olsun.

“Zirə” isə bu qələbə sayəsində mövsümün qalan hissəsinə yaxşı hazırlaşdığını, komandanın yaxşı potensialının olduğunu göstərdi. Ədalətli olsaq, etiraf etməliyik ki, qəsəbə təmsilçisi “Neftçi” və “Qarabağ”la oyunlarda məğlubiyyətə layiq deyildi. Heç “Qəbələ”ylə qarşılaşmadakı bərabərlik də ədalətli olmamışdı. Rəşad Sadıqovun məşqçi kimi qiymətləndirdiyim bir xüsusiyyəti var ki, bu da onun hədsiz səbirli olmasıdı. Düzdü, ehtiyat oyunçular skamyasında çılğın görünür, bəzən hisslərini cilovlaya bilmir. Amma oyundan sonra hər açıqlamasında səbrini nümayiş etdirir, yenilgiyə, xal itkisinə üsyankar yanaşmır, olanları qəbul edir. Güman edirəm ki, bu səbirli və soyuqqanlı davranışın da səbəbi klub rəhbərliyinin ona güvənməsi, yetərincə dəstək və zaman verməsidi. “Zirə”dən daha yaxşı oyun və nəticələr gözləməyə dəyər. Ümid edək ki, Tovuzdakı qələbə də “qara zolağ”ın sonu olacaq, yeni qələbələrin xəbərçisinə çevriləcək.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

29-07-2022, 21:0

"Turan Tovuz" Gürcüstan klubuna qalib gəldi

Premyer-liqa

27-07-2022, 23:0

"Turan Tovuz" darmadağın oldu

Ölkə futbolu

12-08-2022, 14:0

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

Aktual / Ölkə futbolu / Günün xəbəri

18-05-2022, 17:0

“Turan Tovuz”un yeni qapıçısı məlum oldu – ÖZƏL

Ölkə futbolu

29-08-2022, 15:0

"Turan Tovuz"da daha bir legioner

Aktual / Manşet / Günün xəbəri

17-05-2022, 19:0

"Turan Tovuz"un baş məşqçisi bəlli oldu - ÖZƏL

Aktual
“Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
“Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Son xəbərlər
  • Bu gün, 21:34
    “Sabah” "Nyu Seynts"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 21:07
    “Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
  • Bu gün, 20:46
    "Şamaxı" portuqaliyalı ilə anlaşdı
  • Bu gün, 20:30
    "Ntu Seynts" - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 20:07
    “Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
  • Bu gün, 19:47
    Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
  • Bu gün, 19:27
    Argentinalılar niyə tünd-göy formada oynamaq istəyirlər?
  • Bu gün, 18:56
    “...evdə mərhələ adlamaq gücündəyik!” – “Nyu Seynts”dən “Sabah”a meydan oxuyan paylaşım
  • Bu gün, 18:35
    "İmişli"nin rəqibləri bəlli oldu
  • Bu gün, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Bu gün, 17:40
    MY-dən daha bir transfer
  • Bu gün, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Bu gün, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Bu gün, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
Daha çox
Oxunub: 223
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 203
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə