"Sabah”ın evdəki qələbəsinə kölgə salan yeganə amil Stiv Solvetin meydandan qovulması oldu. İki mərkəz müdafiəçisindən biri ikinci sarı vərəqə hesabına evdə qaldı. Bəs Valdas Dambrauskas Solvetin yoxluğunda hansı addımı atacaq?
Əslində litvalı mütəxəssisin seçim imkanı genişdi. Onun sərəncamında Eyden Makkarti və Erivaldo Almeyda kimi mərkəz müdafiəçiləri var. Hələ üstəlik Rəhman Daşdəmirov və Tellur Mütəllimovun da mövqeyi ilə “oynamaq” olar.
Kəsəsi, bu gün “Sabah”ın Solvet problemi yoxdu. “Bayquşlar onsuz da “Nyu Seynts” önündə çətinlik çəkməməlidi.
İSRAYIL XEYRULLAYEV