“Mançester Yunayted” Yuri Tilemansdan sonra daha bir transfer edib.
"Football-plus.az" xəbər verir ki, “Çelsi”nin yarımmüdafiəçisi Andrey Santos ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Müqavilənin müddətinin uzadılması imkanı da nəzərdə tutulub.
Daha əvvəl İngiltərə mətbuatında yayılan xəbərlərə görə, MY 22 yaşlı braziliyalı futbolçu üçün 50 milyon funt sterlinq (təxminən 58,5 milyon avro) ödəyib.
Andrey 2023-cü ilin yanvarından “Çelsi”nin futbolçusu idi. O, ötən mövsüm bütün turnirlərdə 43 oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.