"Turan Tovuz" darmadağın oldu

27.07.2022 23:24 434
Premyer-liqa
Bu gün "Turan Tovuz" Gürcüstan toplanışı çərçivəsində ikinci sınaq matçına çıxıb.

Football-plus.az xəbər verir ki, Ayxan Abbasovun komandası Tiflis "Dinamo"su ilə üz-üzə gəlib.

Oyun tovuzluların 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Tovuz təmsilçisi bu toplanışda çıxdığı birinci yoxlama oyununda yerli "Merani"yə 3:1 hesabı ilə qalib gəlmişdi.