"Turan Tovuz" Gürcüstanda üçüncü yoxlama görüşünü keçirib.
"Football-plus.az" xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv "Qaqra" ilə qarşılaşıb.
Matç Tovuz klubunun 2:1 hesablı qələbəsilə yekunlaşıb.
"Turan Tovuz"un qollarına Ayxan Hüseynov və Natan Oduva vurub.
Bundan əvvəlki görüşlərdə isə "Turan Tovuz" "Merani" 3:1 qalib gəlib, "Dinamo"ya (Tbilisi) 0:4 uduzub.