Argentina Futbol Assosiasiyası DÇ-2026-nın İngiltərə ilə yarımfinal oyunundan əvvəl FİFA-ya müraciət edib.
"Football-plus.az" xəbər verir ki, argentinalı jurnalist Qaston Edulun məlumatına görə, Lionel Skaloninin komandası ənənəvi mavi-ağ zolaqlı forma əvəzinə tünd-göy rəngli ehtiyat formada meydana çıxmaq istəyir. Müraciətlə bağlı yekun qərarın bu gün veriləcəyi gözlənilir.
Xatırladaq ki, Argentina yığması 1986-cı ildə keçirilən dünya çempionatının 1/4 finalında İngiltərəni Dieqo Maradonanın qolları sayəsində 2:1 hesabı ilə məğlub edərkən, həmçinin DÇ-1998-də penalti seriyasında mübarizədən kənarlaşdırarkən də məhz tünd-göy formada meydana çıxmışdı.
Cənubi amerikalılar ingilislərə qarşı bu ənənənin onlara növbəti dəfə uğur gətirəcəyinə inanırlar.