• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Atsu yaxşılıq mələyi imiş... - YAZI

Yazarlar

24-02-2023, 11:0

Dəhşətli zəlzələ üzündən Türkiyə çempionatından çəkilmək məcburiyyətində qalan “Hatayspor” bir-birinin ardınca sarsıdıcı xəbərlər almaqdadı.

Bilindiyi kimi, xilasedicilər zəlzələnin 12-ci günündə hataylıların tanınmış qanalı yarımmüdafiəçisi Kristian Atsunun cəsədini dağıntılar altından çıxara bilmişdilər.

Atsu ilə eyni binada – arxası üstə çökmüş “Renessans Rezidens”də yaşayan “Hatayspor”un idman direktoru Tanər Savutdan isə xəbər yox idi. Hətta xilasedicilər də artıq ümidlərini itirmişdilər. Çünki bina tam ələk-vələk edilmişdi. Bazar ertəsi gecə saatlarında bu məsələ belə desək, ölü nöqtədən tərpəndi. Adanadan bir nəfər zəng vuraraq bu şəhərdə olan cəsədlərdən birinin Tanər Savuta çox bənzədiyini dedi. Bu üzdən günlərdi Hatayda olan və çökmüş binanın qarşısında xoş xəbər gözləyən Tanər Savutun qardaşı Əli Savut DNA testi vermək üçün elə həmin gecə Adanaya yollandı. Testin nəticəsindən sonra həmin cəsədin Savuta ait olduğu üzə çıxdı və klub idman direktorunun dünyasını dəyişdiyini rəsmən açıqladı.

Daha sonra baş məşqçi Volkan Dəmirəl də bununla bağlı paylaşım edərək Savutun həmişə sevgi və hörmət ilə xatırlanacağını yazdı. Onun cəsədi dünən məmləkəti İzmirə gətirilərək burda dəfn olundu.

Qeyd edək ki, 1974-cü il təvəllüdlü Tanət Savut sabiq futbolçu idi. Hətta 1997-99-cu illərdə “Fənərbaxça”da da çıxış etmişdi. Müdafiənin sağ cinahında oynayan Savutun İstanbul nəhəngindəki karyerası o qədər də parlaq keçməmişdi və iki mövsüm ərzində yalnız 30 rəsmi oyuna çıxa bilmişdi.

“Fənər”dən başqa “İzmirspor”, “Göztəpə”, “Siirtspor”, “Sakaryaspor”, “Alanyaspor” və “Tokatspor”da forma geymişdi. Məşqçilik üzrə B lisenziyasına malik olan Savut ötən ilin yayından bəri “Hatayspor”da idman direktoru kimi çalışırdı. Yeri gəlmişkən, Tanər Savut təxminən 21 il öncə sözün əsl mənasında ölümdən dönmüşdü. O vaxt “Sakaryaspor”luları “Sivasspor”la səfər oyununa aparan avtobus Yozqat şəhərində ağır bir qəza keçirərək dağlıq ərazidən keçərkən enişə yuvarlanmışdı. Həmin vaxt sakaryalıların 6 futbolçusu dünyasını dəyişmişdi. Ağıt yaralanan Savut isə həyatda qalmağı bacarmışdı. Yaxınları yenə möcüzə gözləsə də, bu dəfə alınmadı...

Bu arada 31 yaşlı Kristian Atsu ilə bağlı yeni faktlar ortaya çıxıb. Ötən sayımızda onun cəsədinin Türk Hava Yollarına məxsus təyyarə ilə vətəni Qananın paytaxtı Akkraya göndərildiyini xəbər vermişdik.

Akkradakı Kotoka hava limanında onun tabutu Qana bayrağına bükülərək əsgərlər və dövlət rəsmiləri tərəfində qarşılanıb. Burda ölkə prezidentinin köməkçisi Mahamudu Bavumia, bir sıra nazirlər və futbolçunun ailə üzvləri iştirak edib. Yardımları ilə tanınan Atsu ölkəsində çox sevilən insanlardan biri imiş. Çünki ehtiyacı olan insanlara həmişə yardım edir, Qanada yeni məktəblər tikdirir, yeniyetmə futbolçuları lazımi ləvazimatlarla təmin etdirdi. Yardım kampaniyalarına da dəfələrlə pullar köçürən Atsunun daha bir yaxşılığının üstü açılıb. Bunu Nigeriyada çox populyar olan və Craze Clown ləqəbi ilə tanınan bir gülüş ustası açıqlayıb. Tam adı Emmanuel Ogonna İvueke olan və əsl peşəsi həkim olan bu şəxs “tvitter”də maraqlı paylaşım edərək bunları yazıb:

“Kristian məni 2015-dən bu yana dəstəkləyirdi. Atamı itirdikdən sonra özü məni taparaq əlaqə qurdu və məzun olana qədər bütün xərclərimi ödəməyi boynuna götürdü. Sona qədər də sözünün üstündə durdu. Kristian, sən mənim çox böyük dostum oldun. Sənin üçün darıxacam. Göz yaşlarımı saxlaya bilmirəm. Hüzur içində yat”.

İvueke hətta 2016-cı ilə aid olan Atsu ilə “votsap”dakı danışığını da paylaşıb. Həmin dialoqda Atsu ondan nə qədər pula ehtiyacı olduğunu soruşur və təhsilini bitirdikdən sonra ona iş tapmaqda yardım edəcəyini bildirir. Gülüş ustasının bu paylaşımı böyük marağa səbəb olub və 20 mindən çox “layk” toplayıb.

Paylaş:
Digər xəbərlər

Aktual

18-02-2023, 11:0

Atsu zəlzələdən əvvəl Türkiyəni tərk etməliymiş!

Aktual

18-02-2023, 11:0

Atsunun cəsədi tapıldı

Maraqlı

7-02-2023, 13:0

''Hatayspor''un üzvü tapılsa da, ''Yeni Malatyaspor''un qapıçısı…

Dünya futbolu

10-02-2023, 11:0

“Hatayspor”un futbolçusu zəlzələdə həlak olub

Dünya futbolu

20-02-2023, 11:0

Atsunun cənazəsi vətəninə aparıldı

Dünya futbolu

12-02-2023, 21:0

TFF-dən mövsümün bərpası ilə bağlı yeni qərar - TƏHLİL

Aktual
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Son xəbərlər
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
Daha çox
Oxunub: 203
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə