• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ayntraxt” rəhbərliyində qalmaqal: prezidentin oğlu kokainlə yaxalandı

Dünya futbolu

11-02-2023, 23:0

Almaniyada son illərin ən diqqətçəkən komandası olan və cari “futbol ili”ndə də bundesliqanın 19 turunda 35 xal toplayaraq ən yaxşı mövsümünü keçirən Frankfurt “Ayntraxt”ı ilə bağlı maraqlı və qalmaqallı xəbər var. Daha doğrusu, xəbər klubun rəhbərliyi ilə bağlıdı.

"Football-plus.az"ın məlumatına görə, qalmaqal o qədər böyükdü ki, kluba qəlbən bağlı olan prezident Peter Fişerin 23 illik dönəmi başa çata bilər.

Günahkarı ciddi cəza gözləyir

Bu günlərdə Fişerin 13 yaşlı kiçik oğlu məktəbdə əlində kokainlə birlikdə yaxalanıb. O dostu ilə birlikdə həmin kokaindən istifadə edirmiş. Polislərə müraciət edən isə hadisədən bir neçə gün öncə həmin dostunun anası olmuşdu. Bu xanım oğlunun hərəkətlərinin qeyri-adi olduğunu və bundan şübhələndiyini vurğulamışdı.

Frankfurtda işıq üzü görən “Frankfurter Allgemeine Zeitung” nəşrinin iddiasına görə Fişer və onun ailə üzvləri dərhal əsas şübhəlilər qisminə düşdülər. Söhbət klubun prezidentindən, onun həyat yoldaşından və böyük oğlundan gedir. Özü də 25 yaşlı böyük oğlu daha öncə qısa müddətdə olsa, həbs həyatı yaşayıb. Onları qadağan olunmuş maddələri almaqda və qeyri-qanuni şəkildə saxlamaqda günahlandırırlar.

Yuxarıda qeyd etdiyimiz xanımın şikayətdindən sonra polislər Fişerin evini yoxlamaq üçün xüsusi razılıq aldılar. Polis iti çarpayının yanındakı tumbalarda kokain aşkarladı! Düzdü, onun kimə aid olması hələ bilinmir. Amma bu üzdən ailənin bütün üzvləri şübhəli qismində ifadə verməli olub.

Almaniyanın qanunvericiliyinə görə həkimlərin narkotik tipli maddələrdən istifadəyə icazəsi olmadan evdə narkotik maddə saxlamaq qadağandı. Fişer və onun ailəsini isə çox güman daha ciddi cəza gözləyir. Çünki onlar yeniyetmə uşağın yaşadığı bir evdə bunu saxlayıblar. Ən pis halda günahkar elan olunacaq şəxs həyatının bir neçə ilini “dəmir barmaqlılar” arasında keçirə bilər.

İstefa?

“Ayntraxt”ın baş məşqçisi Oliver Qlasner artrıq öz mövqeyini açıqlayıb və prezidentə dəstək verib: “Belə məqamlarda kimisə tənqid atəşinə tutmaq ən asan şeydi. Amma işləri çətinə düşən insana həmin anda ən lazım olan şey başqasının və ya başqalarının dəstəyidi. Ona görə də klubda hər kəs Fişerin arxasındadı. Qalanı isə bizim problem deyil. Bu, bizə təsir etmir. Çünki birbaşa bizimlə heç bir əlaqəsi yoxdu”. 20 ildən çoxdu klubda çalışan və Fişerin sağ əli sayılan vitse-prezident Aksel Helmann isə fikir bildirməkdən çəkinib:

“Bu məsələ barədə nə onun dostu, nə də idarə heyətinin sədri kimi heç bir açıqlama vermək istəmirəm”.

Qalmaqal hətta budnestaqda da müzakirə olunub və orda prezidentin istefasını tələb edənlər az deyil. Bunlardan biri bundestaqın idman komitəsinin sədri Filip Kremerdi:

“Ona qarşı yönələn ittihamlar sübuta yetirilsə, Fişerin prezident postunda qalması mümkün olmayacaq. O, öz istəyi ilə istefa verməlidi. Çünki bu cür şəxsin üzərində həmişə böyük məsuliyyət olur. O, həmin ərazidə həm yeniyetmələr, həm də cavanlar üçün əsil nümunə olmalıdı. “Təmiz idman” ifadəsi tək idmançılara yox, həm də rəhbər vəzifələrdə oturanlara aiddi”.

Bakı sərgüzəştləri

Bu məqamda Fişerdən bir qədər geniş danışmağa dəyər. Çünki klubun əsrin əvvəlində müflis olmaması və sonradan inkişaf edərək bu səviyyəyə çatması məhz onun əməyinin nəticəsidi. O, prezident postuna 2000-ci ilin avqustunda gəlib.

Özünün sözlərinə inansaq, həmin vaxt klubun ofisi taxtadan qurulmuş bir ev idi. Orda siçanlar ora-bura qaçırdı və istilik sistemi yox idi. Üstəlik ofisdə cəmi 4 işçi var idi. Ev oyunlarına orta hesabla 13 min azarkeş gəlirdi. “Ayntraxt” əmin addımlarla üzü yoxuşa tərəf gedirdi. Klub 2001-də elitanı tərk etdikdən sonra ABŞ-ın məhşur reklam şirkəti “Octagon” sponsorluqdan çəkildi. Büdcədə 8 milyon avroluq kəsr yaranmışdı. “Ayntraxt” futbol xəritəsindən silinmək üzrə olarkən Frankfurtun yerli şirkətlərinin (aeroport, enerji şəbəkəsi, yerli qatarların operatoru) işə qarışması həlledici oldu.

Fişer həmin vaxt verdiyi müsahibədə hədəflərini belə sadalamışdı: klubun üzvlərinin sayını 5 mindən 10 minə qaldırmaq, müasir məşq bazası tikmək, tək futbol yox, multiidman brendinə çevrilmək.

O vaxt yerli jurnalistlər bu sözləri eşitdikdən sonra Fişerlə məzələnməyə başladılar. Ona öz sevimli işi – sörfinqlə məşğul olmağı məsləhət görürdülər. Amma Fişer verdiyi vədləri hətta artıqlaması ilə yerinə yetirdi!

Klubun yerləşdiyi Ridervaldda çoxdan müasir baza və ofis tikilib. Klubun rəsmi üzvlərinin sayı 100 minə çatmaq üzrədi. 51 minlik stadionda heç bir ev oyununda boş yer olmur. Hətta stadionun tutumunun 60 minə qaldırılması planlaşdırılır. Artıq titullar da əldə olunur. “Ayntraxt” 2017/18-də ölkə kubokunu, ötən mövsüm isə Avropa Liqasını qazanıb. İndi də komanda ÇL-in pley-offundadı və “Napoli” ilə oyunu gözləyir. Fişer “Ayntraxt”ı Frankfurtun qüruruna çevirdi! Azarkeşlərlə həmişə münasibətləri əla olan və özünü onlardan biri sayan Fişer paytaxtımızda da maraqlı bir hadisəyə səbəb olmuşdu.

2013-cü ildə AL-in təsnifatının pley-offunda bilindiyi kimi “Qarabağ”la “Ayntraxt” qarşılaşmışdı. Bakıdan qayıdarkən Frankfurta bütün reyslər bir neçə saatlığa təxirə salınmış və fanatlar hava limanında gözləmək məcburiyyətində qalmışdılar. Fişer də onların arasında idi. O, bir müddətdən sonra “dyuti fri”yə daxil olaraq ordan 250 avro dəyərində bir neçə viski aldı və hamısını da fanatlara payladı. O, sonradan addımını belə şərh etmişdi:

“Gecə saat 3, açıq dükan və yüzlərlə azarkeş. Fikrimcə, çox gözəl ideya idi”. 66 yaşlı Fişer 2000-dən bu yana artıq 8 dəfə seçkilərdə qalib gəlib. Sonuncu – 2022-ci ildəki seçkilərdə o, 79,85 faiz səs toplamışdı.

Əli

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

3-12-2022, 21:0

Psixoloji problemlər üzündən Türkiyədən ayrılmalı oldu

Dünya futbolu

18-05-2022, 19:0

"Ayntraxt" da yeni müqavilə

Aktual
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Son xəbərlər
  • Bu gün, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Bu gün, 16:01
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Bu gün, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Bu gün, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
Daha çox
Oxunub: 205
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 140
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 96
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə