"Ayntraxt" da yeni müqavilə

18.05.2022 19:58 496
Dünya futbolu
"Ayntraxt" futbolçusu Tuta ilə müqaviləni yeniləyib.

"Futbolpress.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Frankfurt təmsilçisi 22 yaşlı müdafiəçinin sözləşməsinin müddətini 2026-cı ilin yayına qədər artırıb.

Tuta geridə qalan mövsümdə 37 oyuna çıxıb və 4 qola imza atıb. O, 2019-cu ilin yayından "Ayntraxt"dadır.