• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Everton” “Bernli”nin əfsanəsi ilə anlaşdı

Dünya futbolu

3-02-2023, 14:0

Ötən ilin aprelində Şon Dayç sevimli “Bernli”sini tərk etdi – bu klubda keçirdiyi 9 il 5 ay və 16 gündən sonra. Və budu, mütəxəssis premyer-liqaya qayıdır.

Football-plus.az xəbər verir ki, Dayç “Everton”dan göndərilən Frenk Lempardın yerini tutub.

Yeni baş məşqçi ilə müqavilə 2025-in iyununa qədər nəzərdə tutulub. Dayçın qarşısına komandanı düşmə zonasından uzaqlaşdırmaq vəzifəsi qoyulub: hazırda 19-cu pillədə qərarlaşan liverpullular “xilaskar” 17-ci yerdən 2 xal geridədi. Arzuolunmaz seriyaları birnəfəsə söyləmək olar: bütün turnirlərdə son 14 oyunda 11 məğlubiyyət, premyer-liqadakı son 12 oyunda 9 məğlubiyyət, son 7 oyunda 6 məğlubiyyət və s. Premyer-liqada yalnız “Vulverhempton” (12) “Everton”dan (15) az qol vurub. “Göylər” noyabrdan bəri, demək olar ki, hər oyunda ən azı iki top buraxır, oktyabrdan bəri qələbəyə həsrətdi.

Byelsanı razı sala bilmədilər

Dayç baş məşqçi postuna yeganə namizəd deyildi. “The Athletic”in yazdığına görə, “Everton” rəhbərliyi Marselo Byelsanı dəvət etmək istəyib, ancaq argentinalı bəzi qeyri-adi şərtlər irəli sürüb. O, yaya qədər “Everton”un gənclərinə rəhbərik etmək istəyib. Həmin vaxt Byelsanın məşqçi korpusunun başqa nümayəndələri əsas komanda ilə işləyəcəkdi. “Lids”in sabiq çalışdırıcısı bu yolla növbəti mövsümə hazırlaşmaq üçün daha çox vaxt qazanmaq istəyib, yarım ildən sonra isə “Everton”un əsas komandasını qəbul edəcəkmiş. “Everton”u bütün səviyyələrdə öyrənən argentinalı akademiyadan tutmuş əsas komandaya qədər klubu yenidən qurmaq niyyətində olub. Bundan başqa, oyunçuların fiziki hazırlığının indiki səviyyəsindən narazılığını da gizlətməyib. Ancaq təhlükəli zonada əsən klubun rəhbərliyi daha sürətli və etibarlı qərar verməliydi. Bu üzdən Byelsa “Qudison Park”da olmayacaq. Əvəzində Dayç qayıdıb. Komandada ona tanış olan simalar var: Ceyms Tarkovski, Maykl Kin və Duayt Maknil “Bernli”də oynayıb.

Byelsa və Dayç ilə yanaşı, hazırda “Real”da atasına kömək edən Davide Ançelottinin personası da müzakirə olunub. Ancaq “Everton” rəhbərliyi belə hesab edib ki, baş məşqçi təcrübəsi olmayan 33 yaşlı mütəxəssisin təyinatı böyük riskdi.

Dayç əyalət komandasının əsas ulduzu idi

2021/22 mövsümündə “Bernli” hələ premyer-liqada mübarizə aparırdı. Məhz həmin vaxt Rusiyanın sports.ru saytında elitada təmsil olunan ən kiçik şəhər haqda yazı yer almışdı. Yazıda Dayçla bağlı fraqment də var. Yerli azarkeşlər bu məşqçiyə səcdə edirdilər, pabda onun adını pivəyə vermişdilər. Yazının həmin hissəsinə nəzər salaq: “2021-in sentyabrında – “Arsenal”la oyun ərəfəsində “The Royal Dyche” pabına baş çəkdim.

Həqiqətən də işıqlı və rahat bardı, ora oyun günü hətta uşaqlarla da getmək olar. Bütün divarlar və tavan müxtəlif illərin oyun formalarına bürünüb, barın məhəccərindən şərflər və bayraqlar asılıb. Arxa həyətin bağında divarlara klubun müxtəlif illərə aid loqotipləri və Dayçın portreti çəkilib. Barın özündə isə onun adını daşıyan pivə süzürlər. Pabın sahibi Castin Lorriman deyir:

“Amerikanın “Molson Coors” pivəbişirmə şirkəti düşərgələrindən birinə Dayçın adını verməyi təklif etdi. Mən də pabın adını dəyişəndə dərhal dedim ki, məşqçinin adına söykənən deyiləm, üzərində onun soyadı sayılan papaq və ya futbolka satmayacam. Burda satdığımız hər pivə bakalının pulunun yüzdəbiri “Burnley FC in the Community” xeyriyyə təşkilatına gedir. Bu qurum Bernli əhalisi üçün çox iş görüb. Şonla görüşdə bu haqda danışanda təşəbbüsümüzü xoş qarşıladı”.

Fanatlar da məşqçiyə çox isti yanaşırdı. Dayçın “Bernli” üçün necə vacib fiqur olduğunu karyerasının sonunda onun rəhbərliyi altında işləmək imkanı qazanan qapıçı Pol Robinson da deyir:

“İngiltərəli məşqçiləri tez-tez müəyən, primitiv oyun üslubuna görə suçlayırlar: uzun ötürmələr, düzxətli oyun... Müəyyən mənada belədi, ancaq Şon əlinin altında olan oyunçulardan ən yaxşısını qoparır. “Bernli”ni büdcəsinə görə premyer-liqanın başqa komandaları ilə müqayisə edin, sonda da bunların son illərdəki nəticələrini. “Bernli” kimi komanda üçün Avropa Liqasına vəsiqə qazanmaq qeyri-adi uğurdu” (premyer-liqanın 2017/18 mövsümündə 7-ci yeri tutan “Bernli” 51 illik fasilədən sonra avrokubokda oynadı – red.).

Ancaq ötən il “Bernli” Dayçla vidalaşdı. Qovulmanın əsas səbəbi uğursuz nəticələr idi – komanda premyer-liqada keçirdiyi 6 ildən sonra çempionşipə yuvarlandı.

Dayçın qovulmasıyla bağlı qeyri-populyar qərar klubun yeni sahibinə – amerikalı Alan Peysə məxsus idi. O, 2020-ci ildə “Bernli”nin səhmlərinin 84 faizini alan “ALK Capital” şirkətinə rəhbərlik edir. Artıq onda Peysin komandanı yeniləmək planı var idi – cansıxıcı üslubdan qurtulmaq və premyer-liqadakı ən yaşlı heyəti gəncləşdirmək istəyirdi. Kənardan bu istefa nəyisə dəyişmək yönündə impulsiv cəhd kimi görünə biərdi, ancaq yeni sahib çoxdan buna hazırlaşırdı. Baxmayaraq ki, mövsümün startı ərəfəsində baş məşqçi ilə müqavilə müddətini daha 4 illiyə uzatmışdı.

Son nəticədə komanda xilas ola bilmədi. Əvəzində indi çempionşipdə “at oynadır” – “Bernli” turnir cədvəlinin zirvəsindədi, həm də yeni baş məşqçi Vensan Kompaninin rəhbərliyi altında daha məzmunlu oyun göstərməklə.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-01-2023, 14:0

Lempardın xələfi məlum oldu

Dünya futbolu

28-01-2023, 13:0

"Everton" Lempard dönəmində cəmi 12 qələbə qazandı

Dünya futbolu

18-04-2022, 10:0

Xilaskar kimi tanınan məşqçi premyer-liqaya qayıdır?

Dünya futbolu

24-01-2023, 22:0

Lemparda kim xələf olacaq?

Dünya futbolu

23-01-2023, 15:0

Lempard istefaya göndərilir

Aktual
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
Son xəbərlər
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
  • Dünən, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Dünən, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Dünən, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Dünən, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Dünən, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Dünən, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Dünən, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Dünən, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Dünən, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Dünən, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Dünən, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Dünən, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Dünən, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Dünən, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Dünən, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Dünən, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Dünən, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Dünən, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Dünən, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Dünən, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Dünən, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 248
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə