Frenk Lempard artıq “Everton”u çalışdırmır. İngiltərə klubu baş məşqçini istefaya göndərib.
44 yaşlı mütəxəssisin istefasına uğursuz nəticələr səbəb olub. “Everton” hazırda premyer-liqada 20 oyuna 15 xalla 19-cu yeri tutur. Lempard baş məşqçi vəzifəsinə 2022-ci il yanvarın 31-də təyin olunmuşdu. Komandanın oktyabrın 22-dən indiyədək qələbəyə həsrət qalması onun işini itirməsini qaçılmaz edib. Lempardın yerinə namizədlər sırasında Ueyn Runi, Nunu Eşpiritu Santu və Şon Dayçın adı hallanır. “Everton” növbəti oyunu fevralın 4-də “Arsenal”a qarşı keçirəcək.