• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nə “Real” Mbappeni unudub, nə də Mbappe “Real”ı – TƏHLİL

Dünya futbolu / Manşet

28-01-2023, 18:0

Əlbəttə, kənardan hər şey sərlövhəyə çıxardığımız durumdan fərqli görünə bilər.

Football-plus.az xəbər verir ki, “Real” 24 yaşlı hücumçu ilə müqavilə bağlamaq perspektivindən həm ictimaiyyət önündə, həm də fərdi qaydada imtina edib – klub, ümumiyyətlə, bu mövzunun KİV-də görünməsini istəmir, yəni ötən yaydakı uğursuz cəhdlərdən sonra ehtiyatlı davranır. Bununla belə, madridlilər Kilian Mbappe və onun yaxın ətrafı ilə ünsiyyət üçün açıqdı və dünya çempionatından sonra bu yöndə müəyyən tərpəniş var. Məsələn, futbolçunun nümayəndələri “The Athletic”in sualının cavabında bildiriblər ki, bu mövzunu şərh etmək istəmirlər. Durum çox müəmmalıdı. Yaydakı transfer dastanından gəldiyimiz qənaət budu ki, bu işdə hər cür dönüş ola bilər. Və “Real” – Mbappe dastanı hələ də bitməyib.

Futbolçunun “Real”a keçidi ilə bağlı macəra yeni mərhələyə qədəm qoyur. Gələcəkdə nələrin baş verə biləcəyini təsəvvür etmək üçün 2022-nin yayınaqədərki Parisə dönmək lazımdı.

“Real”la “Liverpul” arasında Parisdə keçirilən ÇL finalından bir həftə əvvəl – mayın 21-də Mbeppe qərarını açıqladı. “Real”ın prezidenti Florentino Peresə mesaj göndərməklə keçidin mümkünsüz olduğunu, PSJ ilə müqavilə müddətini uzadacağını bildirdi. Təbii ki, bu qərarda siyasi təzyiqin də rolu oldu. Yeni müqavilə ilə bağlı danışıqlarda Qətərdən olan yüksək mənsəbli adamlar və Fransa prezidenti Emmanuel Makron da iştirak etdi. Pulun da rolu var idi, ancaq bu məsələdə fikir ayrılığı hökm sürür. Futbolçuya yaxın adamlar, elə Kilian özü də iddia edir ki, Madriddə daha çox qazanacaqdı. Onların dediyinə inansaq, “Real” reklam hüquqlarının 100 faizini təklif etməklə tarixi və analoqu olmayan addım atıb. “Real” isə öz növbəsində bildirir ki, PSJ-nin təklif etdiyi məbləğlə ayaqlaşa bilməz.

Parisdə bayram etdilər, futbolçu üzərində 2025 yazılan forma ilə kameralar önündə dayandı. Əslində müqavilə müddəti 2024-ə qədər uzadılıb, sonradan Mbappe razılıq verərsə, daha bir il artırıla bilər. Düzdü, DÇ-2018-in qalibi sövdələşmə baş tutmayandan sonra “Real” azarkeşlərinin könlünü almağa çalışdı. Ancaq fanatlar onun “instaqram” hesabında yazdığı “ÇL-in finalında “Real”ın əsas azakeşi olacam” paylaşımını qəzəblə qarşıladı. Pereslə futbolçunun anası və agenti olan Fayza Lamari arasındakı münasibətlər pozuldu. Prezident özünü xəyanətə uğramış adam kimi hiss etdi, çünki gələcək müqavilə ilə bağlı bütün detallar razılaşdırılmışdı. Ancaq danışıqlarda iştirak edən başqa adamlar da var idi və indiyə qədər “Real”la əlaqə saxlayırlar. Məqsəd aydındı: Mbappe PSJ-dən ayrılmağa qərar versə, “Real” danışıqlar masası arxasına keçəcək. Mbappe mayda Fransada qalmağa qərar verəndən sonra Madrid klubunun əsas planı budu. Və iyulda yaşananlar bu strategiyanı bir qədər də möhkəmləndirib.

Müqavilə müddətinin uzadılmasından heç ayyarım keçməmişdi ki, ulduz PSJ-nin irəlilədiyi istiqamət üzrə narazılığını klub rəhbərliyinə çatdırdı. Mbappe istəyirdi ki, Parisdə güclü, ÇL-i qazanmağa iddialı komanda formalaşsın. Bu iddianın cavabında rəhbərlik Kilianla “Monako”da çalışan Luis Kamposu idman direktoru postuna gətirdi. Bundan başqa Kampos baş məşqçi postuna Kristof Qaltyeni cəlb etdi. PSJ-nin transfer hədəfləri sonradan “Real”ı seçən Orelyen Çuameni, “Barselona”ya keçən Robert Levandovski və “İnter”də qalan mərkəz müdafiəçisi Milan Şkrinyar idi. Üstəlik Neymarla Mbappe arasındakı gərginlik də artdı və KİV-də çoxlu diskussiya doğurdu. Fransalı ulduz sol cinahda daha yaradıcı olduğu halda, mərkəz hücumçusu kimi oynamasından narazılığını gizlətmirdi. Hətta meydanda dəfələrlə topun ona çatmamasından narazılığını jestlərlə göstərmişdi.

Avqustda bu iki ulduz arasında penaltiləri kimin yerinə yetirməsi üzərində də mübahisə yarandı. Oktyabrın ortalarında Mbeppeyə yaxın mənbələr onun yanvardakı “transfer pəncərəsi” dövründə komandanı tərk etməklə bağlı qərar verdiyini bildirdi. Elə həmin qaynaqların iddiasına görə, yayda PSJ-nin bu transferə görə “Liverpul”dan 400 milyon avro istəməsi reallığı da var. Mbappe ilə PSJ arasında ən etibarlı bağ olan Kampos futbolçunun “öz qabında olmadığını” düşünür. Kilian PSJ-də çıxışını davam etdirmək yolunda çox çalışsa da, Kamposa özünü aldadılmış adam kimi saydığını da etiraf edib.
PSJ-də çalışan bəziləri deyirlər ki, Kilian “Qızıl buts” qazandığı, finalda het-triklə yadda qaldığı, kəsəsi, ulduz statusunu təsdiqlədiyi dünya çempionatından qayıdandan sonra futbolçunu motivasiyalı və nəticələrə görə həyəcan keçirən adam kimi görüblər. Görünür, indi onun mərkəzdə yox, daha çox sol cinahda oynaması da buna şərait yaradır.

İstənilən halda, Kilian yanvarda “Real”a keçməyəcək. Heç bu keçidin yayda baş tutacağı da inandırıcı deyil. Bununla belə, PSJ bilir ki, futbolçu “Real”da oynamaq arzusu ilə vidalaşmayıb. Zaman-zaman klubla futbolçu arasında gərginlik yaranır. Klubdakı qaynaq “The Atletic”ə belə deyib:

“Onu burdan apara biləcək yeganə klub “Real”dı. Futbolda mümkünsüz heç nə yoxdu. Ancaq PSJ ulduzuna görə 400 milyon avro istəyə və ya ona heç qiymət qoymaya bilər”.


“Real” hələ ki istənilən mümkün transferə təmkinli yanaşır. Təbii ki, səbəblərdən biri ötən yayın təcrübəsi ilə bağlıdı. Amma bu da əsas deyil. Madrid klubu belə hesab edir ki, Mbappenin indiki müqaviləsi və PSJ-də qərarların qəbuluna göstərdiyi təsir onu praktiki cəhətdən istənilən başqa komanda üçün əlçatmaz edir. Ancaq vəziyyət dəyişsə, Mbappe normal həyata dönsə, “Real”ın pulu da var, planı da. Klub xərclərin azaldılması yönündə iş aparır və son vaxtlar maliyyə ilini, adətən, gəlirlə başa vurur. Peresin idarəçiləri koronavirus pandemiyasında sonra maaşları azaldıb, üstəlik ÇL-dəki uğurlara görə büdcəyə pul axmaqdadı, tranfer bazarında da yersiz addımlardan söhbət gedə bilməz. “Transfermarkt”a əsaslansaq, “Real” 2022-nin yayında oyunçu alış-satışından 12,15 milyon dollar qazanıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-05-2022, 19:0

Mbappe "Real"da bu qədər qazanacaq

Dünya futbolu

16-10-2022, 10:0

Mbappe ayrılmaqda qərarlıdı

Dünya futbolu

24-12-2022, 12:0

Mbappe üçün 1 milyard avro?

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
  • 22-07-2026, 19:0
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 131
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə