PSJ-də ayrılıq baş verə bilər.
Football-plus.az xəbər verir ki, komandanın hücumçusu Kilian Mbappe klubu tərk etmək istəyir. O, qış transfer pəncərəsində bunu bacaracağına və azad agentə çevriləcəyinə inanır.
Daha əvvəl bildirilmişdi ki, Mbappe PSJ-də baş verən bəzi şeylərdən, o cümlədən yerinə yetirilməmiş vədlərdən və baş məşqçi Kristof Qaltyenin rəhbərliyi altında meydandakı mövqeyinin zəif idarə olunmasından razı deyil. Onunla "Real" və "Liverpul" maraqlanır.